Süpürgəçi paltar dəyişərkən faciəvi şəkildə öldü - Lənkəranda
- 1-07-2021, 10:27
- Kriminal
- 0
- 205
Lənkəran rayonunda transformatorun içində paltarını dəyişən süpürgəçi qadın cərəyan vurması nəticəsində ölüb.
Prokurorluqdan “Ölkə.az”a verilən məlumata görə, iyunun 29-u saat 14 radələrində Lənkəran şəhər mənzil-istismar sahəsində süpürgəçi işləyən, Lənkəran rayon sakini Kitabə Quliyeva elektrik cərəyanı vurması nəticəsində ölüb.
Araşdırmalarla müəyyən edilib ki, Kitabə Quliyeva rayonun K.Kazımov küçəsindəki binanın həyətində yerləşən Cənub Regional Enerji Təchizatı və Satışı idarəsinin Lənkəran Elektrik şəbəkəsinin balansında olan qapalı paylayıcı-çevirici məntəqənin giriş qapısını açaraq içəri daxil olub, orada paltarını dəyişən zaman elektrik cərəyanının onu vurması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.