» » Molla Lerikdə 3 uşaq anasını niyə öldürdü? - "Hamı şokdadır"

Molla Lerikdə 3 uşaq anasını niyə öldürdü? - "Hamı şokdadır"

Molla Lerikdə 3 uşaq anasını niyə öldürdü? - "Hamı şokdadır"


Lerik rayonunda qətl hadisəsi törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə aprelin 28-də axşam saatlarında rayonun Barzavu kəndində qeydə alınıb.

Kənd sakini 1981-ci il təvəllüdlü Zəkifə Feyruz qızı Fərziyevanın yaşadığı evində üzərində xəsarət izləri olan meyiti tapılıb.

Rayon hüquq-mühafizə orqanlarının keçirdiyi istintaq tədbirləri nəticəsində hadisəni Z.Fərziyevanın qonşusu Murad Əsgərovun törətdiyi məlum olub.

Kənd bələdiyyəsindən “Ölkə.Az”a verilən məlumata görə kənddə molla kimi tanınan Murad Əsgərov qadının evdə tək olduğunu bilərək mənzilə daxil olub. Daha sonra o, qadına qarşı əxlaqsız hərəkətlər etməyə başlayıb. Bu zaman Z.Fərziyeva qışqıraraq qonşuları çağırıb. M.Əsgərov da cibində gəzdirdiyi bıçaqla qadının boğazını kəsərək, onu qətlə yetirib.

M.Əsgərov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Bələdiyyədən "Ölkə.Az"a onu da bildirdilər ki, saxlanılan Murad Əsgərov kənddə sakit insan kimi tanınıb. Onun bu cinayəti törətməsi hamida şok effekti yaradıb.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

Xatırladaq ki, qətlə yetirilən qadın 3 uşaq anası olub.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya