» » Fazil Mustafaya qarşı sui-qəsd cinayəti ilə bağlı istintaq yekunlaşdı - "Bu işdə iştirak edən hər kəs həbs olunub"

Fazil Mustafaya qarşı sui-qəsd cinayəti ilə bağlı istintaq yekunlaşdı - "Bu işdə iştirak edən hər kəs həbs olunub"



Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cinayəti ilə bağlı ibtidai istintaq prosesi yekunlaşıb.

Gununsesi.info-ya açıqlamasında Fazil Mustafa cinayət işinin istintaqı barədə danışıb.

“Cinayət işi ilə bağlı bütün materiallar ilə tanış olmuşam. İş artıq yekunlaşmaq üzrədir. Çox güman ki, yaxın zamanlarda məsələyə məhkəmədə baxılacaq. Bu işdə iştirak edən hər kəs həbs olunub. Onlarla bağlı məhkəmə prosesində bütün detallar aydın olacaq“, – deyə o bildirib.

Deputatın sözlərinə görə, sui-qəsdin necə təşkil olunması, qonşu ölkədən hansı təlimatları alınması, onlara hansı vəsaitlərin verilməsi, bütün bu kimi detalların hər biri geniş şəkildə aydın olacaq:

“Keçiriləcək bu məhkəmə prosesində bir çox məsələlərə aydınlıq gətiriləcək. Cəmiyyətimiz bu istiqamətdə də, ölkəmizi gözləyən bütün təhlükələri, bu prosesdə aydın şəkildə dərk edəcək. Gələcəyimiz ilə bağlı hansı təhdidlərin olduğunu və din adı altında hansı şəbəkələrin formalaşdığını daha dərindən görəcəyik”.

Qeyd edək ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında – Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya