» » Mahmud Bağırov: İmişlidə 43.5 km uzunluğa malik yolların yenidən qurulması yekunlaşmaq üzrədir VİDEO/FOTO

Mahmud Bağırov: İmişlidə 43.5 km uzunluğa malik yolların yenidən qurulması yekunlaşmaq üzrədir VİDEO/FOTO

İmişlidə 43.5 km uzunluğa malik yolların yenidən qurulması yekunlaşmaq üzrədir VİDEO/FOTO

Masallı Rayon 47 - saylı Yol İstismar İdarəsinin rəisi Mahmud Bağırov - İmişli rayonunda Ağsu-Kürdəmir-Bəhrəmtə avtomobil yolunun 71-ci km-dən ayrılan Məmmədli-Ağamalılar-Əlyetməzli-Allahmədətli-Telişli marşrutu üzrə avtomobil yollarının yenidən qurulması davam edir. 

Ümumilikdə 5 yaşayış məntəqəsinin 8 mindən çox əhalisinin istifadə etdiyi sözügedən yolların ümumi uzunluğu 43.5 km-dir. IV teniki dərəcəyə uyğun yenidən qurulan yolların hərəkət hissəsinin eni müvafiq olaraq 6, ümumi eni ortalama 10 metr təşkil edəcək.
Uzun illər təmir olunmadan istismar olunduğundan və təbii faktorların təsirindən torpaq əsaslı yollar yararsız vəziyyətdə idi. Bu isə payız-qış mövsümündə vətəndaşların hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. 
Yenidənqurma işlərinə ilk olaraq layihənin uzunluğu 24 km təşkil edən Ağamalılar hissəsindən başlanılıb. Yolun bu hissəsində torpaq işləri, yararsız qruntun qazılması, bitki qatının çıxarılması, çay daşlarından istifadə edərək yol yatağının layihə səviyyəsinə qaldırılması və genişləndirilməsi işləri aparılıb. Ardıcıllığa uyğun olaraq yol əsasının tikintisi və asfalt örtüyünün alt layının döşənməsi işləri icra olunub. 
Sadalanan işlər layihənin Məmmədli (5 km), Əlyetməzli (4.5 km), Telişli (4 km) və Allahmədətli (6 km) hissələri üzrə də aparılıb. 
Yenidənqurma işləri çərçivəsində suların ötürülməsi üçün mövcud suötürücü boruların təmiri, yeni boruların quraşdırılması yekunlaşıb, yolun Ağamalı və Əliyetməzli kəndləri ərazisində isə mövcud avtomobil körpülərinin təmiri davam edir.  
Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. 
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun olaraq aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. 
Avtomobil yollarının yenidən qurulması 5 yaşayış məntəqəsinə rahat gediş-gəlişi təmin edəcək, kənd təsərrüfatının inkişafına şərait yaradacaq.
 
YOLUNUZ AÇIQ OLSUN...

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya