» » Komitə sədri “Fairmont”da dincələnlərdən DANIŞDI — “Qudurğanlıqdır”

Komitə sədri “Fairmont”da dincələnlərdən DANIŞDI — “Qudurğanlıqdır”

Komitə sədri “Fairmont”da dincələnlərdən DANIŞDI — “Qudurğanlıqdır”


“Karantin rejiminin pozulması həm də mədəniyyət məsələsidir, cəmiyyətə hörmətsizlikdir”.
Oxu.az verdiyi xəbərinə görə, bunu “Yeni TV”nin efirində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev xüsusi karantin rejimində yas və toy mərasimi keçirən, hovuzlarda istirahət edən vətəndaşlarla bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, Azərbaycanda hüzür məclislərinin keçirilməsi ilə bağlı yaxşı ənənə var. Deputatın fikrincə, bu, o demək deyil ki, ağır bir məqamda çadır qurub, insanları ora dəvət edəsən.

“Sən yüzlərlə insanın xəstələnməsinə bais olursan. Sən o yası verirsən ki, gəlib ölünə rəhmət oxusunlar. Əgər bu rəhmət olmayacaqsa, əvəzində insanlar xəstəliyə tutulacaqsa, ölünün ruhu da dinc olmayacaq”, - deyə M.Quliyev əlavə edib.

Millət vəkilinin sözlərinə görə, qanun hər yerdə birincidir və vətəndaş ona riayət etməlidir:

“Telefonla, sosial şəbəkə vasitəsilə, qəzetdə də başsağlığı vermək olar. İnsanlar yasa toplaşmaqla, ehsan verməklə, nə Allahın ölüyə münasibəti dəyişəcək, nə də ölünün yeri yumşaq olacaq”.
M.Quliyev “Fairmont Bakı” hotelində karantin rejiminin pozulmasından da danışıb:

“Bu, bir tərəfdən ola bilsin ki, məsuliyyətsizlikdir. Digər tərəfdən isə qudurğunlaqdır. Bu, cəmiyyətə meydan oxumaqdır. Belə bir vaxtda sən gedib bayram edirsənsə, bu, nonsensdir. Burada bayram əhval-ruhiyyəsi yoxdur. Camaat koronavirusla ölüm-dirim mübarizəsi aparır. Deyirsən ki, mən gedib hovuzda dincəlməliyəm. Bu mənəviyyat məsələsidir, qınanmalıdır”.

Qeyd edək ki, iyunun 5-də “Fairmont Bakı” otelində xüsusi karantin rejimi qaydalarına əməl edilməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib.

Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan videoda əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya