Güvənli, qayğıkeş və cəsur Azərbaycan polisi - Musa Musayev
Binəqədi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayev - Bənd-bənd yazdıqlarım Azərbaycan polisi haqqında çoxlarının son 4 ayda düşüncələrini əks etdirir. Və mən düşündüm ki, polisə olan mənəvi borcumu bu yazıyla ödəyim.
Gəlin, biz də polislərimizi qoruyaq! - Polislərimiz gücləndirlmiş iş rejimində işləyir
Polislərimizin əməyini necə qiymətləndiririk?! Vətəndaşlar koronavirusla mübarizədə görülən işlərdən razıdırlar
Bu günlərdə soyuqda, küləkdə, yağışda küçələrdə növbə çəkən və bizlərin təhlükəsizliyini qoruyan minlərlə polisimizi görürük
Hər gün mətbuatda, televiziya kanallarında koronavirusla müharibədə ön cərgədə, səngərdə dayanan həkimlərimiz və polislərimizlə bağlı neçə-neçə yazıları oxuyur, sujetlərə baxır və qürur duyuruq.
ALLAH Qarabağda erməni ilə üz-üzə dayanan əzgərlərimizi, ölkəmizdə koronavirusla mübarizədə öndə olan həkimlərimizi və polisimizi qorusun! ALLAH xalqımızı və bəşəriyyətimizi bu bəladan qorusun!
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Binəqədi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayevdir.
Binəqədi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Musa Musayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Musa Musayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Musa Musayevdən danışdılar yaxşı ki, Musa Musayev Binəqədi rayon Polis İdarəsinin rəisidir… Musa Musayev öz isguzarlığı ilə tanınır və seçilir….
Musa Musayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Musa Musayevi heç vaxt əqidəsindən döndərə bilməz.
Musa Musayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Musa Musayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Musa Musayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Musa Musayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Musa Musayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Musa Musayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Binəqədi rayon Polis İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Musa Musayev özünü doğruldub. Bizdə hörmətli Musa Musayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.