Qafanda yaşayan erməni azərbaycanlılara səsləndi - VİDEO
- 19-09-2022, 15:06
- Kriminal
- 0
- 161
Zəngəzurun Qafan şəhərinin inzibati ərazisində yerləşən Mahmudlu kəndində yaşayan erməni sovet dövründə kənd sovetinin sədri olmuş Səməd Qarayevə videogörüntü ilə mesaj göndərir.
O, görüntüdə azərbaycanca danışıb. O bildirib ki, ağacların barı-bəhəri də azərbaycanlılarla gedib.
Qeyd edək ki, bu kənd 1949-cu ilə kimi Mahmudlu adlansa da, 1949-cu ildən sonra adı dəyişdirilərək Çaykənd edilib, buna baxmayaraq, yerli sakinlər kəndi elə Mahmudlu olaraq adlandırıblar. 90-cı illərdə isə kəndin adı saxtalaşdırılaraq Getişen edilib.
Mahmudlu adı XV-XVII yüzilliklərdə Anadoludan gəlmiş sonradan Qızılbaşlara qoşulmuş Mahmudlu tayfasının adı ilə bağlıdır.
<embed src='https://baku.tv/embed/61300' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen></embed>