» » Azərbaycanda 4 dövlət əmlakı özəlləşdirildi

Azərbaycanda 4 dövlət əmlakı özəlləşdirildi

Azərbaycanda 4 dövlət əmlakı özəlləşdirildi


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi növbəti hərracda 4 dövlət əmlakı özəlləşdirilib.
Bu barədə “Ölkə.Az”a nazirlikdən bildirilib.

Məlumata görə, özəlləşdirilən kiçik dövlət müəssisə və obyektləri Bakı şəhərində yerləşir. Hərracda, həmçinin “Daşkəsən Kəndkimya” ASC-nin dövlətə məxsus səhm paketi də satılıb.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (//bit.ly/3t9MKeo, //bit.ly/3rRXuwB )

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyib sifarişçi statusu ala bilərlər. Sifarişçilərin hərraclara onlayn qoşulmaq imkanı da var. Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya