» » Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayon sakinlərini Qurban bayramı münasibəti ilə təbrik etdi

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayon sakinlərini Qurban bayramı münasibəti ilə təbrik etdi


Əziz Hacıqabullular!
Sizi müsəlmanların müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ALLAHdan qurbanlarınızın, etdiyiniz dualarınızın qəbul olunmasını və ailənizdə xoşbəxtliyin olmasını diləyirəm.
Qurban bayramı dünya sivilizasiyasının yeni inkişafına təsir edən hadisələrdən biridir. Məhz bu gündə islam bir din kimi tamamlanıb insanlara bəxş edilmişdir. Yer kürəsində yaşayan bütün müsəlmanlar əsrlər boyu bu günlərdə bir araya gəlmiş, bayramlaşmış, paylaşmış, bölüşmüş və ilahi hikmətdən faydalanaraq yaşayıb yaratmış, bəşəriyyətin mənəvi dəyərlər xəzinəsinə öz layiqli töhfələrini vermişlər.
Xalqımız da islam mədəniyyətinin bir parçası olaraq dinimizin bərabərlik, paylaşmaq və qardaşlıq prinsiplərini hər zaman üstün tutmuş, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir.
Bu gün də böyük sevinc və coşqu ilə qeyd edilən Qurban bayramında müsəlmanlar tərəfindən müqəddəs borc və vəzifələr yerinə yetirilir.
Qoy bu müqəddəs bayramlarımızı işğal altında olan torpaqlarımızda, o cümlədən Şuşada, Xankəndində, Ağdamda azad, firavan və şad şəkildə qeyd edək. Qurban bayramı hər obaya, hər evə rahatlıq və əmin-amanlıq gətirsin, xalqımızı xəstəliklərdən, xata-balalardan qorusun.
Bayramınız mübarək olsun!
Rüstəm Xəlilov,
Hacıqabul Rayon İcra Hakimiyyətinin Başçısı



Hacıqabul rayonunda abadlıq və quruculuq işləri davam edir


Hacıqabul rayonunda iqtisadi inkişaf, insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli işlər davam edir. Ölkə rəhbəri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yorulmadan həyata keçirdiyi tədbirlər nəticəsində regionlarda o cümlədən Hacıqabul rayonunda da  abadlıq-quruculuq işləri uğurla davam edir.
Hacıqabul şəhər daxili yollara asfalt örtüyünün qoyulması işləri davam etdirilir. Ümumilikdə 20181 kv.metr sahəyə asfalt örtüyü vurulmuş, 1420,0 kv.metr uzunluqda səki tikilmişdir. Rayon ərazisində abadlıq və quruculuq işləri günün tələbləri səviyyəsində davam etdirilir.











Hacıqabulda xüsusi karantin rejimi tələblərinin yerində yoxlanılması məqsədi ilə reydlər davam etdirilir


Azərbaycan Respublikası Nazilər Kabineti Yanında Operativ Qərargahın sərtləşdirilmiş karantin rejimi tətbiq edilməyən bölgələrdəki vəziyyətlə bağlı  tapşırıqlarına müvafiq olaraq Hacıqabul rayonunda  rayon İcra Hakimiyyətinin başçısı R.Xəlilov xüsusi karantin rejimi ilə əlaqədar yaradılmış mobil qrupun üzvləri ilə birlikdə növbəti reyd keçirilmişdir. 
Vətəndaşlarla,  ictimai iaşə obyektində çalışan şəxslərlə görüşərək maarifləndirici söhbətlər aparıb, onlara xəstəliyin yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadə edilməsinə, sosial məsafənin qorunmasına və şəxsi gigiyena qaydalarına düzgün riayət etmələri tövsiyə olunub və karantin qaydalarına əməl etməyənlər barədə ciddi tədbirlər görüldüyü onların nəzərinə çatdırılıb. 
Rayon ərazisində Operativ Qərargahın qərar və sərəncamlarına müvafiq olaraq pandemiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.





  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya