» » Manaf Manafov: Cənab Prezidentin müntəzəm səfərləri regionlarımızın və bütövlükdə Azərbaycanın iqtisadi baxımdan güclü dövlətə çevrilməsi üçün mühüm addımlardır

Manaf Manafov: Cənab Prezidentin müntəzəm səfərləri regionlarımızın və bütövlükdə Azərbaycanın iqtisadi baxımdan güclü dövlətə çevrilməsi üçün mühüm addımlardır


Pirallahı rayon MKTB-nin rəisi Manaf ManafovAzərbaycan müstəqillik əldə etdikdən sonra respublikamızda Ümummilli lider Heydər Əliyev və onun siyasi yolunun davamçısı olan İlham Əliyev tərəfindən regionların inkişafı daima prioritet məsələlərdən biri olmuşdur. Məhz bu səbəblə də dövlət başçısının müntəzəm olaraq regionlara səfər etməsi bölgələrimizin iqtisadi baxımdan inkişafı üçün mühüm əhəmiyyətə malikdir.

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə ölkə başçısının bu qəbildən olan səfərləri xüsusi əhəmiyyət kəsb edir. Bu səfərlər sistemli olaraq bu ərazilərin yenidən bərpası və dirçəldilməsinə yönəldilmiş məqsədyönlü siyasətdir. Bu ərazilərdə ilk növbədə infrastrukturun bərpasına xüsusi diqqət ayrılır. Prezidentin öz çıxışlarında qeyd etdiyi kimi, infrastrukturun bərpası ilə bu ərazilərə həm yerli, həm də xarici sərmayalərin cəlb olunması üçün şərait yaranmış olur. Bu isə öz növbəsində işğal altından azad olunmuş rayonlarımızın iqtisadi inkişafı üçün vacib amillərdəndir.

Bu səbəbdəndir ki, cənab İlham Əliyev vaxt itirmədən ilk olaraq Füzuli-Şuşa yolunun inşası üçün müvafiq tapşırıq vermiş və bu məqsədlə regiona səfər etmişdir. Prezident öz çıxışında bildirmişdir: “Bu yolun inşası bizim üçün əlamətdar hadisədir, çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır”. Heç təsadüfi deyil ki İlham Əliyev bu yolu “Qələbə yolu” adlandırır.

Daha sonra dövlət başçısı yanvar ayının 14-də Füzuli Beynəlxalq hava limanının təməl qoyma mərasimində də iştirak etmişdir. Bu hava limanının region üçün əhəmiyyətini vurğulayan İlham Əliyev limanın tikintisinin bu sahədə təcrübəyə malik olan “AzVirt” MMC tərəfindən həyata keçiriləcəyini bildirib.

Fevral ayının 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfərdə olan Prezident ümumi uzunluğu 100 km olan Horadiz-Ağbənd dəmir yol xəttinin təməlini qoyub. Öz çıxışında İlham Əliyev Zəngilan rayonunda inşası nəzərdə tutulan “Ağıllı kənd” layihəsindən bəhs edib.

Fevral ayında baş tutan səfəri zamanı qeyd etdiyi “Ağıllı kənd” layihəsinin təməl qoyma mərasimi üçün İlham Əliyev Zəngilan rayonunda səfərdə olub. “Ağıllı kənd” layihəsi yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri olmaqla 5 komponenti əhatə edir.

28 may tarixində İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun təməlini qoymaq məqsədilə Ağdam rayonuna səfər edib. Prezidentin tapşırığına əsasən 44.5 km uzunluqda nəzərdə tutulmuş bu yol 4 hərəkət zolaqlı olmaqla 20-dən artıq yaşayış məntəqəsini birləşdirəcək.

Daha sonra Prezidentə Ağdam şəhərində 125 hektarlıq meşə zolağının salınacağı bildirilib. Bu meşə zolağı böyük park ərazisində salınacaq. İlham Əliyev parkın təməlqoyma mərasimində Azərbaycanın simvollarından sayılan Dağdağan ağacını əkib. Daha sonra Prezident tərəfindən şəhərdə salınacaq ilk yaşayış binasının

da təməli qoyulub. Bu yaşayış məntəqəsinin tikintisində ABŞ-ın “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “Ural mühəndislik” şirkətlərinin cəlb olunduğu bildirilib.

Bu səfərlər regionlarımızın və bütövlükdə Azərbaycanın iqtisadi baxımdan güclü dövlətə çevrilməsi üçün mühüm addımlardır.
 


Pirallahı rayonunda növbəti iməcilik aksiyası keçirildi


Bakı şəhərində 2 gün ərzində davam edən güclü siklon və qeyri-sabit hava şəraitinin törətdiyi fəsadların tam aradan qaldırılması və genişmiqyaslı təmizlik işlərinin aparılması ilə bağlı iyulun 31-də şəhərin bütün rayonlarında, o cümlədən Pirallahı rayonunda da iməcilik keçirilib.
Səhər saatlarından etibarən kommunal xidmətləri, idarə və müəssisələr, sahibkarlar tərəfindən rayonda təmizlik işlərinin həyata keçirilməsinə başlanılıb.
İməcilik zamanı küçələr, səki kənarları, işıq dirəkləri, mağaza vitrinləri, dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları yuyulmuş, zədələnmiş ağaclar budanmış, digər təmizlik və dezinfeksiya işləri görülmüşdür.
Qeyd edək ki, təmizlik işləri paytaxtın bütün rayonlarında aparılır və şəhərin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün bütün tədbirlər görülür. Həyata keçirilən işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
 

 

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya