» » Manaf Manafov: Azərbaycan xalqı Zəngəzura mütləq qayıdacaqdır

Manaf Manafov: Azərbaycan xalqı Zəngəzura mütləq qayıdacaqdır


Pirallahı rayon MKTB-nin rəisi Manaf Manafov  - 44 günlük Şanlı Vətən Müharibəsində ölkə Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Şanlı Ordusu 27 ildir ki, düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etdi. Post-müharibə dövründə qarşımızda bir sıra məsələlər dayanmaqdadır ki, bunlardan biri də işğaldan azad edilmiş ərazilərimizdə əsaslı bərpa işlərinin infrastruktur layihələrinin həyata keçirilməsi, nəqliyyat əlaqələrinin bərpası və yeni yolların çəkilməsidir. Aydın məsələdir ki, Azərbaycanın qədim torpaqlarından olan Zəngəzur da öz sahibinə geri veriləcək. Zəngəzur düz 101 ildir ki, öz doğma parçasından zorla ayrılıb. Artıq hər kəsə məlumdur ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında İmzalanmış üçtərəfli bəyanat regiondakı ölkələrin əməkdaşlığı üçün geniş imkanlar yaradır. Üçtərəfli Bəyanatın 9-cu maddəsində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutulur. Həmin maddəyə əsasən, Ermənistan Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqəsinə zəmanət verir, uzun müddət blokadada olan Naxçıvan Muxtar Respublikasını Zəngəzur dəhlizi ilə yaranmış vəziyyətdən qurtara bilir və Zəngəzurun qapılarını böyük Türk dünyasının üzünə açır. Zəngəzur dəhlizinin yaradılması, imzalanan bəyanatın ən mühim elementi olaraq bir çox ölkələrin maraqlarına xidmət edəcək.

Zəngəzur dəhlizi Çindən Qərbə doğru yeni nəqliyyat qapısının açılması deməkdir. Çindən daşınan yüklər ölkəmizdən keçərək Zəngəzur dəhlizi ilə Avropaya çıxış əldə edəcək. İllərdir hər bir ölkə vətəndaşının gözlədiyi, hətta Ulu Öndər Heydər Əliyevin tikintisini başlatdığı, lakin tamamlana bilməyən Bakı-Naxçıvan dəmir yolunun yenidən qurulması bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən yenidən başlamaqdadır. Həmçinin, Zəngəzur dəhlizinin açılması, Naxçıvana dəmir yolu əlaqəsinin bərpası Şərq-Qərb, Şimal-Cənub dəhlizləri ilə bağlı yeni şərait yaradır. Zəngəzur dəhlizi region dövlətləri ilə yanaşı Türk dünyasının da yararlana biləcəyi marşrut olacaq.

Zəngəzur dəhlizi nəinki ölkəmizin, Ermənistanın da xeyrinə olan məsələdir. Bu dəhlizin açılması Azərbaycanın Türkiyə və Türk dünyası ilə qovuşması, iqtisadi baxımdan bir növ dirçəliş deməkdir. Zəngəzurun bir vaxtlar Ermənistana verilməsi ölkəmizə qarşı böyük ədalətsizlik idi. Zəngəzur tarixi Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun Ermənistana verilməsi ölkəmizi parçalamaqla yanaşı dərin və sağalmaz yaraya səbəb oldu. O dövrdə əzəli Azərbaycan torpağı olan Zəngəzura məskunlaşdırılan ermənilərin əksəriyyəti vaxtilə xarici ölkələrdən köçüb gələnlərdən ibarətdir. Azərbaycanın tarixində yeni dövr, yeni era başlayır. Bu layihələrin gerçəkləşməsi isə regional inkişaf, əməkdaşlıq, iqtisadi əlaqələrin genişlənməsi üçün daha əlverişli imkanlar yaradacaq.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya