» » Qara Abdullayev: Ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq

Qara Abdullayev: Ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq

İlham Əliyev Qarabağ müharibəsi haqda sirri açdı: “Düşmən bizi burada  gözləyirdi” - 7Times.Az – Son Xəbərlər, Dünya Xəbərləri və Multimedia

Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Qara Abdullayev - 27 Sentyabr-Anım Günündə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərə, Füzuli rayonuna və mədəniyyət paytaxtımız Şuşaya səfərləri rəmzi məna daşıyır. Füzuli rayonunun Qaraxanbəyli kəndi İkinci Qarabağ müharibəsinin ilk günündə işğaldan azad olunub və ilk şəhidlərimizi bu ərazidə vermişik. Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr-Anım Gününə həsr olunmuş xatirə lövhəsinin qarşısında çıxışı zamanı qeyd etdi ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı sarsılmaz birlik və həmrəylik nümayiş etdirdi. Qəhrəman döyüşçülərimizin rəşadəti sayəsində işğaldan azad edilmiş ərazilərdə bu gün quruculuq işləri həyata keçirilir.
Azərbaycan xalqının birliyi, həmrəyliyi tarixi Zəfərimizi şərtləndirən amillər sırasında xüsusi yer tutur. Xalqımız hər zaman əmin idi ki, dövlətimizin uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, Azərbaycan Bayrağı bu ərazilərimizdə dalğalanacaq. Bu inam, eyni zamanda, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin hər bir vədini konkret addımı ilə təsdiqləməsindən irəli gəlirdi. Cənab İlham Əliyev daim bu çağırışı da səsləndirir ki, nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm.
Azərbaycanın tarixi Zəfəri bütün reallıqları özündə ehtiva edir. Cənab İlham Əliyev çıxışlarında daim hərbçilərin qəhrəmanlığını xüsusi önə çəkir. Füzuli səfəri zamanı da çıxışında bildirdi: “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur”.
Prezident İlham Əliyevin hər bir çıxışı, həmçinin qarşı tərəfə mesajlarla zəngin olur. Bir daha düşmənin baş qaldırmasına, bizim üçün təhdid yaratmasına imkan verilməyəcəyini bəyan edən dövlət başçısı vurğuladı ki, əgər belə hal yaranarsa, Azərbaycan lazımi cavab verəcək. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın qarantıdır.
Azərbaycan Ordusu ərazi bütövlüyümüzə qarşı hər bir addımın qarşısını qətiyyətlə alır.  Sentyabrın 12-13-də Ermənistan tərəfindən törədilən hərbi təxribatın qarşısının layiqincə alınması da buna sübutdur. “Qətiyyətli cavab” əməliyyatı bir daha Ordumuzun gücünü qarşı tərəfə göstərdi.
Azərbaycan Zəfərimizin reallıqlarını yaşayır. Prezident İlham Əliyevin  çıxışında qeyd etdiyi kimi, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün  azad edilmiş torpaqlarda genişmiqyası bərpa-quruculuq işləri həyata keçirilir. Bu torpaqlara həyat yenidən qayıdır. Soydaşlarımızın Böyük Qayıdışdan sonra bu ərazilərdə rahat yaşayışı üçün bütün zəruri işlər görülür. Bu ərazilərin “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində yenidən qurulması bütün yeniliklərin tətbiqinə yol açır. Bu ərazilərdə təkmil idarəçilik sisteminin yaradılması da bərpa-quruculuq işlərinin vaxtında və yüksək səviyyədə həyata keçirilməsini təmin edir. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfəri Böyük Qayıdışın təmin olunmasında mühüm addımdır. Hər səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Müzəffər Ali Baş Komandanın sentyabrın 27-də Füzuli rayonu ilə başlayan səfərinin mədəniyyət paytaxtımız Şuşada yekunlaşması da bu baxımdan diqqətçəkən oldu. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa olunan yeni yaşayış kompleksində, Şuşa hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə, Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə, Mehmandarovların malikanə kompleksində, yenidən qurulan hoteldə aparılan təmir-bərpa işlərinin və Şuşa şəhəri 1 saylı tam orta məktəbin binasında tikinti işlərinin gedişi, eyni zamanda, Yuxarı Gövhər Ağa məscidini ziyarət edib, burada Heydər Əliyev Fondu tərəfindən aparılan yenidənqurma və bərpa işləri ilə tanış oldular. Ölkə Prezidentinin qeyd etdiyi kimi, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya