» » 2022-ci il daha çətin olacaq, super mutasiyalar meydana gələcək - Məşhur immunoloq

2022-ci il daha çətin olacaq, super mutasiyalar meydana gələcək - Məşhur immunoloq

  • 9-09-2021, 10:44
  • Dünya
  • 0
  • 164
2022-ci il daha çətin olacaq, super mutasiyalar meydana gələcək - Məşhur immunoloq


Sürix Federal Politexnik Məktəbinin professoru, immunoloq Say Reddi açıqlaması ilə ictimaiyyəti qorxuya salıb.
Medicina.az xəbər verir ki, alim xəstələnmiş və peyvənd olunmuş insanlarda koronavirusa qarşı yaranan antikorlardan qaçan super qabiliyyətli yeni mutasiyaların ortaya çıxacağını deyib. Onun sözlərinə görə, gələcəkdə belə bir təkamül qaçılmazdır və bu, 2022 -ci ildə epidemioloji vəziyyəti ciddi şəkildə çətinləşdirə bilər.

"Payızda yoluxma hallarının artacağını, bununla da vaksinin təsirinin azaldığını görəcəyik. Bu, peyvəndlər effektsiz olduğundan deyil, vaksinasiya nisbətinin aşağı olması səbəbindən baş verəcək. Müvafiq olaraq virusun ötürücülüyü də artacaq. Peyvənd prosesi sürətlə artmazsa, gərginliyin qarşısını yalnız sərt məhdudlaşdırıcı tədbirlər ala bilər. Peyvəndlərin "delta" variantına qalib gələ bilməməsinin səbəblərindən biri də virus yükünün çox yüksək olmasıdır. Yüksək səviyyədə antikorlar qazanmaqla bu riskə qarşı çıxmalıyıq.

İsrail və ABŞ-dan alınan son hesabatlar göstərir ki, 6 aydan sonra simptomatik "delta" infeksiyalarına qarşı mövcud mRNA peyvəndləri yalnız 60 faizə qədər təsirli olacaq. Amma vaksinlər ağır simptomlara qarşı hələ də təsirlidir.

Çox güman ki, təkcə peyvəndlərə güvənə bilməyəcəyimiz yeni ştamm ortaya çıxacaq. Bu səbəbdən önümüzdəki bir neçə ildə davamlı olaraq yeni variantlara uyğunlaşan bir neçə peyvəndə hazırlaşmalıyıq. Yeni variantın ortaya çıxması böyük riskdir. Onu mümkün qədər erkən tanımalı və peyvənd istehsalçıları peyvəndi tez uyğunlaşdırmalıdır. Gələn payız və qış keçən ilki kimi olacaq. Bu, "delta" variantından və daha yüksək peyvənd nisbətinə malik olmamağımızdan qaynaqlanır. Ştamm üzərində nəzarətimiz yoxdur, ancaq peyvənd dərəcəsini artırmaqla ona təsir edə bilərik", - professor bildirib.

Eskpert qeyd edib ki, virus və immun sistemi bir-birinə sıx bağlıdır: immun sistemi hərəkət edir və virus ona reaksiya verir:

"Virusla uzun müddət rəqs edəcəyik. Yəqin illərlə, bəlkə də ömrümüzün sonuna qədər".
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya