A.Saqatelyan: “Ermənistan təkcə döyüşlərdə deyil, informasiya müharibəsində də ciddi məğlubiyyətə uğradı”
- 26-03-2021, 13:15
- Dünya
- 0
- 225
Ermənistan Azərbaycana təkcə müharibə meydanında deyil, eyni zamanda bütün beynəlxalq analitik informasiya məkanında da ağır məğlubiyyətə uğradı.
Bunu Ermənistan prezidenti yanında “İctimai əlaqələr və informasiya mərkəzi”nin keçmiş rəhbəri Ara Saqatelyan erməni mediasına açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan beynəlxalq informasiya məkanındakı hakim mövqelərini Qarabağ müharibəsindən öncə itirib. “ Müharibə ərəfəsində informasiya məkanında ideoloji mübrizə zəruri olsa da, Ermənistan bu müstəvidə uduzdu. Bu faktdır. Çünki erməni tərəfi Qarabağ müharibəsi zamanı nəzarət etdiyi böyük əraziləri itirdi, eyni zamanda təbliğat cəbhəsində də öz əvvəlki mövqelərini itirmiş oldu”- Ara Saqatelyan qeyd edib.
O əlavə edib ki, media müstəvisində ideoloji mübarizə bu gün də davam edir: “Erməni tərəfi bu gün də medi müstəvisində məğlubiyyətlərə düçar olmaqda davam etməkdədir. Burada söhbət təkcə beynəlxalq analitik informasiya müstəvisində deyil, hətta, ən sadə ictimai əlaqələrdə belə ağır məğlubiyyətlərə uğramaqdadır. Baxmayaraq ki, 1988-ci ildən erməni tərəfi bu platformada öncül mövqedə olub”.