» » Rusiya Paşinyana qarşı sui-qəsd edə bilər (ŞƏRH)

Rusiya Paşinyana qarşı sui-qəsd edə bilər (ŞƏRH)

  • 10-02-2021, 10:14
  • Dünya
  • 0
  • 206
Rusiya Paşinyana qarşı sui-qəsd edə bilər (ŞƏRH)


Ermənistanda hakimiyyət çevrilişi ola bilər.
Qaynarinfo xəbər verir ki, belə bir ehtimalla siyasi analitik Nazim Cəfərsoy çıxış edib. Onun sözlərinə görə, Rusiya Ermənistanda gedən siyasi prosesləri sivil məcradan çıxartmağa çalışır: 
 
 

"Köçəryanın aktivləşməsi, Serj Sarkisyanın fəallığı, Paşinyanın növbədənkənar seçki keçirməyəcəyi xəbəri və Ermənstanda revanşist ritorikanın yüksəlməsi daxil siyasətdə çevriliş və ya suiqəsd ehtimalını gücləndirir. Ermənistan Qarabağ səbəbi ilə prezident Petrosyanı istefaya göndərmə və parlamentdə suiqəsd təcrübələri yaşamış ölkədir. Ancaq bu dəfə Köçəryanın arxasında olacağı bu cevrilişin Türkiyədəki 15 iyul çevrilşi kimi uğursuzluqla nəticələnmə ehtmalı da mövcuddur. Bu proseslərdə Kremlin mövqeyi əsas xarici amil olacaq”. 

Politoloq Azər Qasımlının sözlərinə görə, Rusiya Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün aktiv fəaliyyətə başlayıb: 
 
 

"Ermənistanın keçmiş prezidenti Robert Köçəryan siyasətə döndüyünü və yalnız seçkilər vasitəsilə deyil, küçə təzyiqi nəticəsində də hakimiyyəti dəyişməyin məqbul olduğunu açıqlayıb. Bu açıqlamasını da Moskvaya səfərdən qayıdandan sonra verib. Əsas tezisi isə odur ki, "məxməri inqilab nəticəsində" "dövlət təcrübəsi olmayanlar" hakimiyyətə gələndə ölkəni idarə edə bilmir, xalqı fəlakətə sürükləyirlər. Onu da vurğulayıb ki, Paşinyanla Navalnı eyni adamlardır. 
Köçəryanın tezisləri Putinin post-sovet məkanında təbliğ etdiyi əsas tezislərdir. SSRİ-dən çıxmış bütün avtoritar rejimlər və siyasətçilər də eyni tezisi təkrarlayırlar. Lakin insanlara, kütləyə bunun real həyatda acı nəticəsini göstərmək lazım idi. Putinin Qarabağ müharibəsi zamanı susmasının əsas səbəblərindən biri məhz küçə etirazları nəticəsində hakimiyyətə gəlmiş Paşinyanı devirmək idi. 10 Noyabr sazişini ona imzalatdılar, sonra bu sazişdən irəli gələn öhdəlikləri yerinə yetirməsini gözlədilər, indi isə onu Putinin nəzarətində olan köhnə sovet partnomenklaturadan çıxan və avtoritar klubun nümayəndəsi Köçəryanla əvəz etmək istəyirlər. 

Köçəryan hərbi cinayətkar və korrupsionerdir, lakin "dövlət təcrübəsi"ndən danışır. Putinin də, post-sovet məkanında hakimiyyəti zəbt etmiş digər avtoritarların da əsas təcrübəsi - korrupsiya, seçki saxtakarlığı və kütləvi manipulyasiyalardır. Bunlar olmasaydı, özlərinin dediyi kimi, küçədən kimsə hakimiyyətə gəlməyə çalışmazdı. Əslində sovetin partnomenklaturasından çıxan bu adamların hamısı elə vaxtilə sözün əsl mənasında "küçədən hakimiyyətə gələn adamlar"ın nəvələridir”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya