» » “Sülh müqaviləsi 2026-cı ildən tez bağlanmayacaq” - Ermənistan KİV

“Sülh müqaviləsi 2026-cı ildən tez bağlanmayacaq” - Ermənistan KİV

  • 15-07-2024, 12:31
  • Dünya
  • 0
  • 98


“Sülh müqaviləsinin imzalanması 2026-cı ilə qədər təxirə salınıb”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirlər ekspert Armen Bağdasaryana məxsusdur.

O, bunu belə izah edib ki, Azərbaycan Ermənistanın konstitusiyasının dəyişdirilməsini tələb edir. “Ermənistan isə həmin prosesi 2026-cı ildə həyata keçirəcəyini bildirib. Ona görə də, həmin müddətə qədər gözləmək lazım gələcək”.

Bağdasaryan deyib ki, Azərbaycan Ermənistandan sülh tələb etmir. “Azərbaycan bizdən sülh tələb etmir, kapitulyasiya tələb edir. Bütün tələblər yerinə yetirilərsə, imzalanacaq şey sülh müqaviləsi deyil, kapitulyasiya aktı olacaq”.

Erməni politoloq onu da deyib ki, sülh razılaşması əldə olunandan sonra da proses davam edəcək. “Razılaşma əldə olunarsa, beynəlxalq güc qütbləri və ya ən azı 3 regional supergüc, İran, Rusiya və Türkiyə arasında müəyyən konsensus olarsa, bölgəmizdə sülhün bərqərar olması mümkün olacaq”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video

    055 215 64 69Girl in a jacket

    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Yanvar 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Qalereya