Ağsu rayon MKS-nin Mərkəzi Kitabxana şöbəsinin təşkilatçılığı ilə görüş keçirildi
03 may 2024-cü il tarixində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon MKS-nin Mərkəzi Kitabxana şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Qəni Camalzadə ilə Kitabaxana əməkdaşları,3 saylı tam orta məktəbin müəllim və şağird kollektivi,rayon icra hakimiyyətinin əməkdaşı, rayon ictimaiyyətinin və ziyalılarının görüşü keçirildi.Öncə tədbir iştirakçıları kitabxana foyesində yazıçının kitablarından ibarət sərgi ilə tanış oldular. Mərkəzi Kitabxanada davam etdirilən tədbiri Kitabxananın müdir əvəzedicisi Xalidə Novruzova yazıçı Qəni Camalzadənin həyat və yaradıcılığı haqqında söhbət açdı, əsərləri haqqında geniş məlumat verdi.Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi (Ağsu rayonu üzrə nümayəndə) Cavanşir Şeydazadə çıxış edərək qonaqları və tədbir iştirakçılarını salamladı. Yazıçı Qəni Camalzadəni əlamətdar gün münasibəti ilə təbrik etdi, gələcək yaradıcılıq işlərində ona uğurlar arzu etdi.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Qəni Camalzadə öz çıxışında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin həyat və yaradıcılığından söhbət açmışdır.O qeyd etmişdir ki,Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır.Məhəmməd Füzuli istedadlı nümayəndələri ilə tanınan bütöv bir ədəbi məktəb formalaşdırmışdır. Öz müasirlərindən başlayaraq, sonrakı dövrlərdə Füzuli ənənələrinin davamçısı olmuş bütün görkəmli sənətkarlar bu nəhəng söz ustasının adını hər zaman ehtiramla yad etmişlər.Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Qəni Camalzadə oxucularla təşkil edilən görüşdə haqqında deyilən xoş sözlərə və göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkürünü bildirdi. Çıxışlarda ünvanına deyilmiş səmimi fikirlərə, yaradıcılığına verilən yüksək qiymətə görə minnətdarlığını ifadə etmişdir.Tədbirdə tanınmış şair,publisist Ağacəfər Həsənli də iştirak etmişdir.O,qeyd etmişdir ki, şair və yazıçılar öz yaradıcılığında həmişə doğma Azərbaycanı sevə-sevə tərənnüm etmişlər. Bildirmişdir ki, qələm adamlarının ədəbiyyatımızın inkişafına yeni töhfələr verilməsində əlindən gələni əsirgəməyəcək.
Sonda tədbirin təşkilatçıları tərəfindən tədbirdə qonaq qismində iştirak edənlər xatirə şəkli çəkdirmişlər.