» » Britaniyada hakimiyyət seçkidə məğlub oldu: Yeni baş nazir bu şəxs olacaq

Britaniyada hakimiyyət seçkidə məğlub oldu: Yeni baş nazir bu şəxs olacaq

  • 5-07-2024, 11:16
  • Dünya
  • 0
  • 101
Britaniyada hakimiyyət seçkidə məğlub oldu: Yeni baş nazir bu şəxs olacaq


İyulun 4-də Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində hakimiyyət  məğlubiyyətə uğrayıb. Britaniya parlament respublikası olduğundan  başda hakim Konservatorlar Partiyasının lideri, baş nazir Rişi Şunak olmaqla hökumət istefaya gedəcək. Ölkənin yeni baş naziri isə qələbə çalan Leyboristlər Partiyasının lideri Kir Starmer olacaq. Leyboristlər seçkinin yekunu olaraq Britanıyanın 650 deputat mandatının 410-nu qazanıb.

Böyük Britaniyanın baş naziri və hakim Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak Leyboristlər Partiyasının lideri Kir Starmeri iyulun 4-də keçirilən parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.

“Leyboristlər Partiyası bu ümumi seçkilərdə qalib gəldi. Keir Starmerə zəng edərək onu qələbə münasibətilə təbrik etdim”, - Sunak bildirib.

"Məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm", - deyə,  vəzifəsini tərk edən baş nazir əlavə edib.

Qələbə çalan leyboritslərin lideri seçkinin nəticələri elan edildikdən sonra qısa çıxışında Starmer isə deyib ki, dəyişiklik elə buradan başlayır: “Siz səs verdiniz. İndi bizim vədlərimizə əməl etməyin vaxtıdır”.

Yeni hökumətin tərkibini Starmer yaxın vaxtlarda elan edəcək.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video

    055 215 64 69Girl in a jacket

    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Yanvar 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Qalereya