» » Rafiq Quluyev vətəndaşların daim qayğısına qalır - ÖZƏL

Rafiq Quluyev vətəndaşların daim qayğısına qalır - ÖZƏL



245 saylı tam orta məktəbdə səyyar qəbul keçirildi

İyunun  17-də 245 saylı tam orta məktəbdə  keçirilən görüşdə rayon İcra Hakimiyyətinin  başçısı Rafiq Quluyev,  rayon prokuroru  Sərdar İmanov,   hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.
Qəbulda çıxış edən İcra başçısı Rafiq Quluyev cənab Prezidentin müdrik səyləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin bəhrələrini sadalayaraq əldə olunan uğurların xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. İcra başçısı 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Milli Ordumuzun düşməni məhv edib torpaqlarımızı işğaldan azad etməsini və azad olunmuş ərazilərdə başlanmış nəhəng quruculuq işlərinin də məhz bu uğurlu siyasi kursun bəhrəsi olduğunu xüsusi vurğulayıb.
Rayon Prokuroru Sərdar İmanov çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında  fəaliyyətini mütərəqqi islahatlara uyğun şəkildə təkmilləşdirən Azərbaycan Prokurorluğu bu gün dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirməklə fəal vətəndaşlıq mövqeyində dayanan mübariz bir təsisat kimi dövlətçiliyimizin maraqlarının və qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində öz xidmətlərini göstərir.
Səyyar qəbulda sakinlərin arzu və təkliflər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə  müvafiq tapşırıqlar verilib.
Görüş  sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndiriblər, ölkə Prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.













Milli Qəhrəman Rövşən Əliyevin xatirəsi anılıb


İyunun 15-də  Bakının Şəhidlər Xiyabanında Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi və Milli Kino Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Qəhrəman Rövşən Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri  Pənah İmanov, Xətai rayonu İcra hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, müavinləri, Milli Qəhrəman Rövşən Əliyevin bacısı Fəranə Alıyeva, Milli Qəhrəmanların anaları, ailə üzvləri, QHT rəhbərləri, döyüşçülər, qazilər, veteranlar və ziyalılar iştirak ediblər. Mərasimdə  şəhidlərin  xatirəsi  anılıb, ruhlarına  dualar oxunub.
Giriş sözü ilə çıxış edən Pənah İmanov  qeyd edib ki, Xətai rayonunun sakini olan Rövşən Əliyev 20 yaşında şəhidlik zirvəsinə ucaldığı gündən artıq 30 il keçib. O illərdə şəhid olan minlərlə qəhrəman oğulların qanı yerdə qalmadı. 44 günlük Vətən savaşında gözünü qırpmadan canını fəda edən oğullar  atalarının, əmilərinin, babalarının qanını yerdə qoymadılar, onların qisasını aldılar, torpaqlarımızı işğaldan azad etdilər. Bir danılmaz faktdır ki, qələbəmizin qazanılmasında, zəfərimizin çalınmasında 1-ci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən oğullarımızın və şəhidlərimizin də böyük tarixi əməyi var.  Bizim şəhidlər öz qanlarıyla tariximizin qızıl səhifəsini yazıblar.
Digər şıxış  edənlər Rövşən Əliyevin şücaətindən, qəhrəmanlığından danışıb, Şəhidlərimizin xatirəsinin  bizim qəlbimizdə əbədi yaşayacağını bildiriblər.




Xətai rayonunda Vətən Müharibəsi şəhidi Rzazadə Həsən Vüqar oğlunun xatirəsi anılıb


Vətən Müharibəsi şəhidi  Rzazadə Həsən  Vüqar oğlu 1994-cü il iyunun 15-də anadan olub. Əslən Zəngilan rayonundan idi. Azərbaycan Ordusunun baş leytenantı olan Həsən Rzazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsən Rzazadə noyabrın 1-də Laçın döyüşləri zamanı şəhid olub. Həsən Rzazadə "Qarabağ" ordeni,"Vətən uğrunda","Cəbrayılın azad olunmasına görə" "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Doğum günündə şəhidimizin məzarı ziyarət edilib, xatirə lövhəsinin qarşısında anım tədbiri keçirilib.Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin  İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, şəhidin döyüş yoldaşları,  ailə üzvləri, 289 saylı tam orta məktəbin şagirdləri və yaxınları iştirak ediblər. 
Çıxış edənlər bildiriblər ki, bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirərək 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edib. Bununla da qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olunub. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.Daha sonra məktəblilər Vətənə həsr olunan şeirlər səsləndiriblər. Sonda Vətən müharibəsi şəhidinin ruhuna dualar oxunub, xatirə lövhəsinin qarşısına  tər gül-çiçək dəstələri düzülüb.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır,  Allahdan rəhmət diləyirik!









  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya