“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
- 23-04-2024, 12:24
- Dünya
- 0
- 64
“İranda yaşayan etnik azərbaycanlılar təqib olunur”.
Bu barədə ABŞ Dövlət Departamentinin 2023-cü ilə dair “İnsan Hüquqları Təcrübələri Hesabatı”nda bildirilir.
Sənəddə qeyd olunur ki, əhalinin təxminən 24 faizini və ya 18 milyondan çoxunu təşkil edən etnik azərbaycanlılar digər etnik azlıq qruplarına nisbətən hökumətə və cəmiyyətə daha çox inteqrasiya ediblər.
“Ali Rəhbər Xamenei etnik azərbaycanlı idi. Azərbaycanlılar hökumətin fəalları və ya təşkilatçıları təqib edərək onlara qarşı ayrı-seçkilik etdiyini və bəzi valideynlərin uşaqlarına türk adları qoymasına mane olduğunu bildirirlər”, - hesabatda deyilir.
Zəruri QEYD: Bildirək ki, neçə müddətdir İran deyilən siyasi məkanda cərəyan edən hər türlü hoqqabazlığa etiraz edən rəsmi Vaşinqton və ona bağlı beynəlxalq şəbəkə üçün nədənsə Güney Azərbaycan məsələsi GÖRÜNMƏZƏ çevrilmişdi. Doğrudur, yuxarıdakı ifadədə də yetərincə qüsurlar var... Məsələn sayımızın ciddi şəkildə - farsların maraqlarına uyğun olaraq az göstərilməsi. Əslində bu cəhd sonradan İranın bölüşdürülməsi zamanı ərazi payımızın azaldırlmasına hesablanan bir cəhddir və buna görə də ciddiyə alınmalı, indidən bu kimi hesabatlara etirazlarımızı bildirməliyik ki, gələcəklə bağlı təhlükəli niyyətlər indidən sənədləşməsin...
Amma qeyd etdiyimiz kimi, istənilən halda bir müsbət məqam da odur ki, nəhayətdə Ağ Evdə oturanlar İrana təkcə TelƏviv-Tehran gərginliyi fonunda deyil, həm də Azərbaycanın bütövlüyü apsektində də münasibət bildirmək zorunluğunu hiss etməkdədir.