» » İranın şok planının detalları - “Türkiye” qəzeti

İranın şok planının detalları - “Türkiye” qəzeti

  • 21-12-2023, 13:55
  • Dünya
  • 0
  • 59
İranın şok planının detalları - “Türkiye” qəzeti


“Türkiye” qəzeti yazır ki, İraq, Suriya, Livan, Yəmən kimi ölkələrin ağrılarında bilavasitə əli olan Tehran hazırladığı “Şiə xəritəsi”nə Türkiyəni də daxil etməyə cəhd etməklə İsrail kimi böyük bir xəritə xəyalı qurur.

Nəşrin yazdığına görə, İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar Yaxın Şərqin böyük bir hissəsini əhatə edən “Vəd edilmiş torpaqları” işğal ambisiyaları elan etməsi, bölgənin bir başqa ölkəsi olan İranın da “məkrli layihələrini” ortaya çıxarmış oldu.

İraq ABŞ-nin işğalından sonra faktiki olaraq İranın təşəbbüsünə buraxılıb. Ölkədə həftəsonu keçirilən seçkilərdə Tehranın nəzarətində olan qruplar qalib gəlib. 

Qəzet yazır: “Bu gün təkcə İraq deyil, Suriya, Fələstin, Yəmən kimi bütün ağrılı coğrafiyalarda əli olan Tehran “Şiə Ayparası”nı addım-addım reallaşdırmaq arzusundadır. Bu məqsədlə hətta “Şiə xəritəsi” də hazırlanıb. 743 səhifəlik planda Türkiyə və Azərbaycanın mədəniyyəti, siyasəti, coğrafiyası, kənd təsərrüfatı, ticarəti, etnik mənsubiyyəti, dili, iqtisadiyyatı və məzhəb-inanc təsnifatları ətraflı şəkildə aparılıb. İran Baş Qərargahının hazırladığı əsərdə Resul Ceferiyanın imzası var. “İşğal xəritə”sində Türkiyədəki nusayrilər kimi bəzi kütlələrin İranın potensial tərəfdarları olduğu ifadəsi yer alır”.

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) prezidenti Mahmudəli Çöhrəqanlı deyib ki, İranın “Şiə Aypara” layihəsi İsrailin “arzımevut” məqsədindən qat-qat təhlükəlidir.

Tehranda “Şiə Aypara” layihəsi üçün 5 min nəfərlik heyət olduğunu bildirən Çöhrəqanlı deyib ki, bu layihənin reallaşdırılmasına 1979-cu ildən başlanılıb. 

“Layihəyə indiyədək 200 milyard dollardan çox vəsait ayrılıb. Türkiyə və Azərbaycana xüsusi önəm verirlər. İlk gündən İranın müəyyən etdiyi strategiya çərçivəsində müvafiq olaraq Livan, İraq, Suriya və Yəmənə sahib oldular. Bir zamanlar bunlar sadəcə xəyallar idi. İndi onlar İranın əsiridirlər. Molla rejimi hədəf ölkələri siyasi, mədəni və iqtisadi çöküşdən sonra birbaşa hərbi mübarizə ilə deyil, onları daxili qarışıqlığa sürükləməklə ələ keçirir. Öz əsgərlərini heç bir şəkildə döyüşdürmədən, qəyyumluq mərkəzləri vasitəsilə öz planlarını reallaşdırırlar. Onlar Yəməndə husilərdən, Livanda maronitlərdən və druzlardan, Suriyada nusayrilərdən, İraqda şiə ərəblərdən istifadə ediblər”, - Çöhrəqanlı bildirib.

Mahmudəli Çöhrəqanlı bildirib ki, son 10 ildə rejimə müxalif kimi görünən 30 min ailə Türkiyəyə sızıb: “Bu ailələr xüsusi təhsilli fanatiklərdən ibarətdir. İtilaat bölməsi kimin harada məskunlaşdığını birbaşa idarə edir. Qasım Süleymani layihənin rəhbəri idi. Terror təşkilatı PKK və digər təşkilatlarla əməkdaşlığın kökündə də eyni motiv dayanır. İran məzhəb, siyasi, mədəni və hərbi hegemonluğuna birbaşa döyüş yolu ilə deyil, dolayı ünsürlərin məharəti ilə nail olur. Onların planları Türkiyə və Azərbaycan üçün eynidir. Ona görə də Qarabağda ermənilərə dəstək verdilər. Onların Azərbaycanda dini, siyasi, kommersiya və QHT səviyyəsində ciddi infrastrukturu var. Onlar da Türkiyədəki bəzi məzhəb qruplarına arxalanırlar”.

İran rejiminin son zamanlar İsraili deyil, Türkiyəni hədəf aldığını xatırladan Çöhrəqanlı deyib ki, onlar türkləri özlərinə ən böyük düşmən kimi görürlər: “Onların gizli planları var və gizlicə dolaşırlar. Türk milləti və dövlət idarəçiləri hər zamankındən daha diqqətli davranmalıdırlar”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Sentyabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Qalereya