» » Politoloq: “İsrail-Fələstin münaqişəsi sübut etdi ki, maraqlar naminə yenidən alovlandıra bilər”

Politoloq: “İsrail-Fələstin münaqişəsi sübut etdi ki, maraqlar naminə yenidən alovlandıra bilər”

Politoloq: “İsrail-Fələstin münaqişəsi sübut etdi ki, maraqlar naminə yenidən alovlandıra bilər”


“İsrail-Fələstin münaqişəsi bir daha onu göstərdi ki, dünya siyasətində dondurulmuş və münaqişəli məsələlər əbədi olaraq qala bilməz. Belə hadisələrdə maraqlı tərəflər hər an öz məqsədləri və maraqları naminə münaqişələri yenidən alovlandıra bilərlər”.
Bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, belə proseslərin uzunmüddətli və qısa aralıqlarla müntəzəm olaraq davam etdirilməsi cəhdləri beynəlxalq münasibətlər baxımından xoş qarşılanmasa da, reallıq olaraq qəbul edilir:
“1948-ci ildən bəri müəyyən qısa fasilələri çıxmaq şərti ilə daima aktivliyini qoruyub saxlayan İsrail-Fələstin münaqişəsi buna açıq örnək kimi qəbul edilə bilər.
Təbii ki, İsrail-Fələstin məsələsinə bir neçə aspektdən yanaşmaq mümkündür. Burada siyasi, dini və etnik aspektlər önəmli rol oynayır.  Məsələyə siyasi aspektdən yanaşsaq, məhz bu münaqişədə tərəf olaraq yalnızca İsrail və Fələstin qəbul edilə bilməz. Münaqişənin aktiv fazasında İsrail və Fələstin olsa da, arxa planda bloklaşmanın olduğunu görmək mümkündür. Biz bu münaqişədə tərəfləri şərti olaraq İsrail və Fələstin bloklarına bölsək, İsrail blokunda təmsil olunanlara, əsasən, ABŞ və Qərbi Avropa dövlətlərini, xüsusilə də Böyük Britaniyanı nümunə göstərə bilərik. Fələstin blokuna isə Türkiyə, İran, Rusiya, müsəlman ölkələrinin böyük əksəriyyətini, o cümlədən bəzi ərəb ölkələrini nümunə göstərə bilərik. Bu məsələdə bir də bitərəf mövqe sərgiləyənlər var ki, bunlar da tərəflərlə münasibətlərdə balansı qorumağa çalışanlar kimi də qəbul edilə bilərlər. Bu münaqişədə Türkiyənin Fələstinə diplomatik və siyasi dəstək verməsi, həmçinin İranın HƏMAS və Hizbullah kimi hərbi qruplaşmalar vasitəsilə dəstək verməsi İsraili daha çox narahat edən məsələlərdəndir”- o qeyd edib.

Politoloq əlavə edib ki, məsələyə dini aspektdən yanaşsaq, burada uzun illərdir baş verənlər iki fərqli dinin toqquşması kimi də qəbul edilə bilər:

“Xüsusilə onu qeyd etmək lazımdır ki, Qüds şəhərinin üç dinin mərkəzi olması, məsələnin bir az daha qəlizləşməsinə şərait yaradan amillərdəndir. Belə ki, tərəflər bu şəhəri özləri üçün müqəddəs hesab edirlər və ona görə də qarşı tərəfə güzəştə getmək niyyətində olmadıqlarını atdıqları addımlarla sübut edirlər. Məhz son genlər Qüdsdə yerləşən Əl Əqsa məscidində baş verənlər deyilənlərə açıq nümunə kimi qəbul edilə bilər.
Məsələyə bir də etnik aspektdən yanaşsaq, burada baş verənlərin ərəb-yahudi müstəvisindən də kənara çıxdığını görmək mümkündür. 1948-ci ildə İsrailin özünü müstəqil dövlət elan etməsindən sonra başlayan proseslər 1967 və 1973-cü illərdə İsrail-Ərəb müharibəsinə qədər yüksəldi. Təbii ki, Qərb dövlətlərinin, xüsusilə də ABŞ-ın basqısı ilə ərəb ölkələri birliyi bir müddət sonra dağılsa da, nəticə etibarı ilə tərəflər arasında etnik münaqişənin daima mövcudluğunu qoruduğunu demək mümkündür. 1979-cu ildə Misir və İsrail arasında Kemp Devid anlaşmasının imzalanması ilə İsrailə qarşı ərəb birliyi anlayışı aradan qalxsa da, fərdi şəkildə İsrailə qarşı münasibət yenə də normal olmadı. Yəni qısa şəkildə desək, buna həm də ərəb-yəhudi münaqişəsi kimi də yanaşmaq olar.
Görünən odur ki, münaqişə həm dalana dirənib və tərəflər öz maraqlarını güzəştə getmək niyyətinə görünmürlər. Belə olan halda İsrail-Fələstin münaqişəsinin tezliklə bitəcəyi yaxud kompromis variantın əldə ediləcəyi reallığa yaxın görünmür.
Sözsüz ki, siyasətdə çarə dükınmir. Əgər tərəflər vəziyyətin normallaşması və münaqişənin sülh prosesinə yönəldilməsi və beləliklə də insan itkisinin qarşısını almaq üçün bəzi güzəştlərə gedə bilərlər. Bu güzəştlər regiona beynəlxalq mandatı olan və çoxtərkibli sülhməramlı qüvvələrin gətirilməsi, münaqişənin başlandığı ilk illərdə tərəflərin mövcud olmuş sərhədlərə qaytarılması və nəhayət BMT-nin münaqişənin həlli istiqamətində qəti nəticələr verəcək "yol xəritəsi"nin hazırlayıb tətbiq edilməsinə nəzarət etməsi ola bilər.

Hesab edirəm ki, bundan sonra uzun illərdir davam edən münaqişənin həlli istiqamətində uğurlu nəticə əldə etmək mümkündür”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya