» » Amerika serialında Ukrayna detalları birə-bir çəkilibmiş – REALLAŞAN SSENARİ (VİDEO)

Amerika serialında Ukrayna detalları birə-bir çəkilibmiş – REALLAŞAN SSENARİ (VİDEO)

  • 15-12-2023, 12:14
  • Dünya
  • 0
  • 79
Amerika serialında Ukrayna detalları birə-bir çəkilibmiş – REALLAŞAN SSENARİ (VİDEO)


“Madam Secretary” serialı bir daha onu deməyə əsas verir ki, Rusiya-Ukrayna müharibəsi böyük güclər tərəfində məqsədli şəkildə hazırlanaraq həyata keçirilən bir plandır.

2014-2018-ci illərdə yayımlanan ekran işi Ukraynadakı müharibə planının necə hazırlanıb həyata keçirilməsi və nəticəsi öz əksini tapır. Filmi izlədikcə baş verənlərin ssenari üzrə getdiyini ortaya çıxır.  

Ölkə.Az həmin filmdən bir neçə fraqmenti təqdim etməklə bütün deyilənləri və baş verənləri real günümüzdə yaşandığı məlum olacaq. Filmin baş rol ifaçısı olan “Xanım katib”lə amerikalı təmsilçi ilə söhbətində Mariupoldakı qırğınlardan bəhs edilir. “Xanım katib” bu hadisə nəticəsində çoxsaylı ukraynalı və rus əsgərlərinin ölməsindən ciddi narahatlıq keçirirək prosesi dayandırmaq üçün “Cinin yenidən butulkaya” salınmasını xahiş edir. Lakin amerikalı diplomat bunun əksinə gedərək yaranmış vəziyyətdən strateji hədəfləri üçün faydalanmağı tövsiyə edir. Dialoq nəticəsində yaranmış durum vəziyyətin daha da mürəkkəbləşmə ilə nəticələnəcəyi qeyd olunsa da, buna məhəl qoyulmur. 

“Xanım katib” atəşkəsin dayandırılmasını təkid etsə də, onun bütün cəhdləri boşa çıxır. 

Filmdə ukraynalı “nazir Melnik”lə amerikalı diplomat Vaşinqtonla Kiyevin eyni mövqedə olmasına şad olduğunu dilə gətirir.

“Nazir Melnik” isə cavabında sevimli Ukraynanın yarısının itirilmə planı ilə razılaşdığını qeyd edir.

Daha sonra tərəflər Rusiya-Ukrayna müharibəsini xəritə üzərində Ukraynanın bölünməsi məsələsi müzakirə edirlər. Bildirilir ki, Ukraynanın şərq hissəsi Luqanskdan Odessayadək olan ərazidə Muxtar Respublika yaradılır. 

Müzakirə zamanı bunun nəticəsi olaraq Rusiyanın bütün Avropa ölkələrinə neft və qaz göndərilməsi barədə də söhbətlər gedir.  

Yaranmış vəziyyətə görə ABŞ-nin enerji xətlərinə hücum edilməsi, daha sonra bunun təxribat olduğu haqda bəyanat verilməsi və üzr istəməsi tələb olunsa da, amerika rəsmisi buna getmir.

Amerikalı təmsilçi deyir ki, gəlin müqavilə imzalayıb bu düşmənçiləyə son qoyaq. 

Belə bir razılaşma ukraynalı millətçilər tərəfindən rədd edilir və onlar hücum keçmək barədə məsuliyyəti üzərilərinə götürür.

Ukraynalı millətçi qrupa Oleq Zelenski adlı şəxsin rəhbərlik etdiyi bildirilir. O bəyanatında deyir ki, Rusiya ilə sülh müqaviləsi kapitulyasiyadır və buna yol vermək olmaz. 
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya