» » Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC

Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC

Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC


"AzNar” şirkətinin baş direktoru Asif Əhmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Asif Əhmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Asif Əhmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan "AzNar” şirkətinin baş direktoru Asif Əhmədov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Asif Əhmədov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "AzNar” şirkətinin baş direktoru Asif Əhmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

"AzNar” şirkətinin baş direktoru Asif Əhmədov - Son 20 ildə Azərbaycan sürətlə inkişaf edərək böyük bir tarixi missiyasını icra edib. Dünya tarixinin son 50 ilinə baxsaq, görərik ki, heç bir dövlət öz ərazisini müharibə yolu ilə işğalçılardan azad edə bilməyib. Azərbaycan isə bu şanlı səhifəni Prezident İlham Əliyevin uzaqgörən siyasəti, yüksək diplomatik məharəti və güclü iradəsi ilə yaza bilib.


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi, həmin müharibəyə qədər baş verən Aprel döyüşləri (2016-cı il, 1-5 aprel), Günnüt zəfəri (2018-ci il, 20-27 may), Tovuz döyüşləri (2020-ci il, 12-17 iyul) və diplomatik cəbhədə görülən işlər heç şübhəsiz memarı ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycanın keçdiyi uğurlu inkişaf yolunun əzəmətindən xəbər verir. Lakin, bu dəfə qazanılan qələbə əvvəlki dövrlərdən fərqli olaraq daha əsaslı idi. Bu zəfəri daha da möhkəm edən Azərbaycan ordusunda, Azərbaycan diplomatiyasındakı nəzərəçarpacaq qədər hiss olunan inkişaf idi. Dəyişməyən isə Azərbaycan xalqının iradəsi və vətən eşqi idi. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizə aparan yolı Aprel döyüşlərindən başladı. Məhz 2016-cı ilin aprelin əvvəlində hələ o dövrdə mövcud olmuş təmas xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç zaman barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək. Düşmənin 2020-ci ilin sentyabrın 27-də baş verən növbəti təxribatı nəhayət 44 günlük Vətən müharibəsinin başlanması ilə nəticələndi. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar olaraq, Prezident İlham Əliyevin fərmanı ilə 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. 28 sentyabrda imzalanmış sərəncama görə isə respublikada qismən səfərbərlik elan edildi. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan xeyli az itki ilə böyük zəfərə imza atdı. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda “Laçın Dəhlizi”nə doğru irəliləməyə başladı. “Laçın Dəhlizi” Qarabağdakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük (digərləri ilə müqayisədə) magistral yol idi. Azərbaycan ənənəvi olaraq gün ərzində hərbi karvanların qarşısını almaq üçün artilleriya, minaatan və hətta birbaşa atəş və ya idarə olunan raketlərlə Ermənistan ordusuna zərbələr endirirdi.

Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı, 8 noyabrda Şuşa şəhəri və ümumilikdə 300 dən çox kənd və yaşayış yerləri vişğaldan azad edilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabr ayının 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir” söyləyən cənab İlham Əliyev əminliklə bildirmişdir: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra N.Paşinyan Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək “kapitulyasiya aktı”na imza atmağa məcbur oldu. Noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanatda həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. Beləliklə, Azərbaycanın hərbi qələbəsi Ermənistanı kapitulyasiyaya məcbur etdi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixinin Azərbaycanda “Zəfər Günü” kimi qeyd edilməsi qərara alınmışdır. 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev 30-a yaxn xarici KİV-ə müsahibə verdi. Bu müsahibələrdə dövlət başçısı Azərbaycanın haqlı mövqeyini, müharibənin başlanma səbəblərini sistemli şəkildə, siyasi uzaqgörənliklə beynəlxalq auditoriyanın diqqətinə çatdırdı. Məhz bu müsahibələr Azərbaycanın informasiya savaşında da qələbəsini təmin etdi. Bəşər tarixinin son onillikləri müharibələrlə doludur. Lakin heç bir dövlət başçısı həmin müharibə zamanı çoxlu sayda aparıcı KİV-in maraq dairəsinə düşməyib. Bu baxımdan Prezident İlham Əliyevə müsahibə üçün dünyanın bir çox tanınmış media qurumlarının müraciət etməsi, ilk növbədə, Azərbaycan Prezidentinin qlobal miqyasda nüfuzlu lider olmasından irəli gəlirdi. Beləliklə, döyüş meydanında qalib olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya savaşından da qalib oldu. Ən mühümü odur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm də erməni təbliğatına düşmənin maraqlarını müdafiə edən informasiya məkanlarında tutarlı zərbə vurdu. Bununla da, həm Ermənistan, həm də dünya erməni şovinizminin Azərbaycana qarşı qərəzli informasiya mühiti yaratmaq xülyası iflasa uğradı.


Ölkə başçısı 2020-ci il dekabr ayının 3-də Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində “Vətən müharibəsi memorial kompleksi” və “Zəfər muzeyi”nin yaradılması haqqında sərəncam imzalamışdır. Həmçinin, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Zəfər” və “Qarabağ” ordenləri, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və digər medallar təsis edilmişdir. Qeyd edək ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində 44 günlük Vətən müharibəsndə Türkiyə, Pakistan, Əfqanıstan və digər ölkələr Azərbaycana mühüm mənəvi-siyasi dəstək göstərdilər. Qardaş Türkiyənin xalqımıza dayaq durması qələbəmizdə mühüm rol oynadı. Bundan əlavə, Prezident İlham Əliyevin böyük nüfuzu və şəxsi səyinin nəticəsidir ki, Qoşulmama Hərəkatına üzv olan ölkələr də ölkəmizə siyasi dəstək verdilər. Buna görə də, N.Paşinyanın rəhbərlik etdiyi hərbi-xunta höküməti beynəlxalq ictimaiyyəti aldatmaq təşəbbüsləri iflasa uğradı.

Dekabrın 10-da isə keçirilən möhtəşəm Zəfər paradı isə Azərbaycanın hərbi gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Zəfər paradı müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü oldu. Paradda nümayiş etdirilən texnikalar dövlətimizin başçısı İlham Əliyev tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğını nümayiş etdirdi. Hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunmuşdur. Aprelin 12-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xüsusi təşəbbüsü ilə Bakıda salınan Hərbi Qənimətlər Parkının açılışı olmuşdur. Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.Beləliklə, 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. Azərbaycan tarixi torpaqlarına - Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda törədilən soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.

Ermənistanın təslimçilik - kapitulyasiya aktı olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata etinasız yanaşmaqla, icrası zəruri müddəaları kobud şəkildə pozmağa davam edir. Bunlardan ən başlıcası isə razılaşdırılmış və qəbul edilmiş öhdəliklərdən sui-istifadə edərək humanitar məqsədli Laçın yolundan öz çirkin hərbi-siyasi məqsədləri üçün istifadə etdilər. Eyni zamanda, Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz silahlı birləşmələrin çıxarılması tələbini icra etmədilər. Əksinə, ərazilərin minalanmasını, seperatçıların silah-sursatla təmin olunmasını həyata keçirdilər. Bundan əlavə Qarabağ iqtisadi rayonunda təbii sərvətlərimiz vəhşicəsinə talan edilir və ekologiyaya ciddi zərər vurulurdu. Belə ki, 23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa oldu. Beləliklə, xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi. Bu proses kənardan heç də sadə və bəsit görünməməlidir. Bütün görülən bu işlərin təməlində vətən sevgisi ilə yoğrulmuş böyük zəhmət, iradə, cəsarətli və dərin düşünülmüş diplomatik addımlar dayanır.

Ermənistanın davam edən hərbi-siyasi təxribatlarına son qoyulması məqsədi ilə 2023-cü il sentyabrın 19-20-də müzəffər Ali Baş Komandan İlham Əliyevin məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu. Beləliklə, aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı.


Ən nəhayət cari ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması və Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı. Xalqa müraciətində Prezident İlham Əliyev bidirib ki: “Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”. Beləliklə, 15 oktyabr tarixi təqvim günü siyasi iradənin növbəti təntənəsi kimi də Şanlı tariximizə yazıldı. Prezident, Müzəffər Ali Baş komandan İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha parlaq şəkildə nümayiş etdirdi. 15 okyabr tarixi bir daha dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi.

Əldə olunmuş bu tarixi nəaliyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir. Bu səbəbdəndir ki, Azərbaycan xalqı hər zaman öz rəhbərinə güvənmiş, onun “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” kəlamının ətrafında böyük inam və cəsarətlə sıx birləşmişdir. Bunun əməli nəticəsidir ki, xalq-iqtidar birliyi hər zaman olduğu kimi bu gün də qazanılmış böyük uğur və nailiyyətlərlə özünü sübuta yetirməkdədir. Şübhəsiz ki, Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan bundan sonra da möhtəşəm zəfərlər qazanacaq.

Zəfər əzəmətli üçrəngli bayrağımız
 
Bayraq hər bir millətin imzasını, onun kimliyini təsdiq edən bir varlıqdır. Bayraq həmçinin Vətənə sevgi və məhəbbət rəmzidir.  Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında yüksək vətənpərvərlik duyğuları aşılayır. Üçrəngli bayrağımızın yaranması 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.

Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli milli bayrağının təsdiq olunması haqqında qərar qəbul olunmuş və  ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırılmışdır. 1919-ci il dekabrın 7-də isə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı parlamentin binası üzərində ucaldılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Azərbaycan xalqı doğma və əziz bayrağından 70 il zorla ayrı salındı. Lakin bu 70 il ərzində xalqın min bir əziyyətlə əldə etmiş olduğu üçrəngli bayrağına sevgi və məhəbbəti az da olsa tükənmədi. Əksinə, millətimiz bu bayrağın nə vaxtsa yenə də vətənimizin, doğma Azərbaycanımızın üzərində məğrurluqla dalğalanacağı anı səbirsizliklə gözlədi.  Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımız ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqləndi. Bundan əlavə, Ulu Öndər Heydər Əliyevin sədrlik etdiyi  Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir.

Ulu Öndər Heydər Əliyev Dövlət bayrağımız haqqında danışarkən qeyd edirdi ki, kim Azərbaycanı sevirsə, Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, işğal olunmuş torpaqlarımızın azad olunmasını, ərazi bütövlüyümüzün təmin olunmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir. Ulu Öndərin bu fikirləri hər bir vətəndaş qarşısında böyük vəzifələr müəyyənləşdirmiş oldu. Azərbaycan xalqı üçrəngli bayaraq altında birləşdi və öz torpaqlarını işğaldan azad etdi. Artıq üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə qürurla, Zəfər coşqusu ilə dalğalanır. Müəzffər Ali Baş Komandan, Prezident İlham Əliyev hər zaman qeyd edir ki, bizim bayrağımız qürur mənbəyimizdir. Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Ölkəmizdə 9 noyabr tarixinin Bayraq Günü kimi qeyd olunması da məhz Prezident İlham Əliyevin üçrəngli bayrağımıza verdiyi böyük dəyərin göstəricisidir. Belə ki, 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkəmizdə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Artıq xalqımız dördüncü ildir ki, Bayraq Gününü Zəfər sevinci ilə qeyd edir. Xalqımızın qürur mənbəyi olan üçrəngli bayrağımız əbədi olaraq Zəfər əzəməti ilə bütöv Azərbaycanımızda dalğalanacaq.





****************************

“AzNar” 1982-ci ildə fəaliyyətə başlamış Göyçay Konserv Zavodunun nəzdində yaradılıb. Vaxtilə zavodun istehsalında nar şirələri üstünlük təşkil edib, köməkçi məhsullar kimi pomidor və xiyardan konserv və marinad məhsulları, müxtəlif meyvələrdən şirələr, kompotlar, cem və povidlolar istehsal edilib.

Eləcə də pomidor şirəsi o dövrün tələbatlı məhsullarından olub.

Haşiyə: “AzNar” OSC-dən verilən məlumatda deyilir: “QSC-nin yaranması 2006-cı ilin may ayına təsadüf edib. Rusiyada yaşayan azərbaycanlı tanınmış iş adamı, milyarder Fərhad Əhmədov zavodu öz şəxsi hesabı ilə aldıqdan sonra müəssisə tamamilə yenilənib. Avropa standartlarına cavab verən texnoloji avadanlıqlar quraşdırılıb. Əl əməyi demək olar ki, sıradan çıxıb.

Nar tumundan yağ alınması üçün Amerikadan avadanlıq da alınıb. Bu, Azərbaycan sənayesinin yeni məhsullarındandır.

QSC-də hazırda gündəlik istehsal edilən məhsullar bunlardır: nar şirəsi, alma, heyva, ağ üzüm, qara üzüm şirəsi və onlardan hazırlanan qarışıq şirələr.

Göyçayın atributu olan nar meyvəsindən şirə ilə yanaşı, qatılaşdırılmış şirə və bəzi yeməklərin qəbulunda əsas yer tutan narşərab da “AzNar”ın məhsuludur. Hazırda kompot istehsalı da bərpa edilib. Müəssisədə zoğal, yemişan, nar, heyva və qarışıq kompotlar istehsal olunur.


AZNAR istehsalı analoji istehsal müəssisələrindən prinsipial surətdə fərqlənir, çünki istehsal etdiyi məhsulların keyfiyyətinə şərtsiz prioritet verir. Biz nar şirəsinin fizioloji aktiv maddələrini, onun qidalı və orqanoleptik xüsusiyyətlərinin maksimum saxlanmasına, xammal seçimində sanitariya-gigiyena normalarına ciddi riayət edilməsinə çalışırıq.


AZNAR ZAVODUNUN MƏHSULLARININ YÜKSƏK KEYFIYYƏTINI TƏSDIQ EDƏN YALNIZ BIR NEÇƏ FAKTA NƏZƏR SALAQ:


Nar şirəsi istehsalı üçün istifadə olunan nar meyvələri müəssisənin bilavasitə yaxınlığında, Azərbaycan Respublikasının Göyçay rayonunun ekoloji cəhətdən sağlam və təmiz yerində yetişdirilir.
Şirənin hazırlanması üçün Azərbaycan seleksiyaçılarını yaratdıqları "Gülövşə", "Bala Mürsəl", "Nazikqabıq", "Şah nar", "Qırmızıqabıq" və s. kimi xüsusi nar növləri seçilir. 
Bizim başlıca məqsədimiz şirənin istehsalında meyvənin qida dəyərini maksimum saxlamaq və onu istehlakçıya çatdırmaqdır.
zavod emala Göyçay xüsusi nar növlərinin yalnız bütöv, sağlam, zədəsiz meyvələrini qəbul edir, konveyerdə narlar əllə seçilir;
zavodun texnoloji avadanlığı Aisi 304 markalı paslanmayan poladdan, bilavasitə şirə ilə təmasda olan hissələri isə olan Aisi 316 markalı paslanmayan poladdan hazırlanmışdır;
şirənin sıxılması pnevmatik membranlı basqılarda mülayim rejimdə (dənələrə yumşaq təzyiq yolu ilə üçün) baş verir, digər müəssisələrdə isə sıxma şnekli basqılarla geniş yayılmış dənələrin üyüdülməsi üsulu ilə baş verir; 
qapalı texnoloji sxeminin tətbiqi, xammalın hava ilə minimal kontaktı sayəsində oksidləşdirici proseslər istisna olunur;
pasterizə avadanlığının (100° C-ə qədər), o cümlədən məhsulu sterilizə edən (100° C-dən yuxarı) texnoloji avadanlıq əvəzinə tunel tipli pasterizə proseslərinin tətbiqi məhsula mülayim istilik təsiri göstərilir;
filtrasiyada havanın daxil olması üçün hər yerdə tətbiq olunan lövhəşəkilli və ya yuyucu süzgəclər əvəzinə ultrafiltrasiya qurğusu tətbiq olunur;
pasterizədən sonra təzə sıxılmış şirə 50 м3 (bir dəfəyə saxlamaq üçün 3750 tonluq) paslanmayan poladdan olan aseptik çənlərdə saxlanır, halbuki bütün digər analoji müəssisələrdə şirə müxtəlif konservantların tətbiqi ilə adi həcmlərdə saxlanılır.



İSTEHSALAT PROSESINƏ KOMPLEKS KIMYƏVI-TEXNIKI VƏ BAKTERIOLOJI NƏZARƏTI HƏYATA KEÇIRƏN ZAVOD LABORATORIYASI AZNAR ZAVODUNDA OLAN KEYFIYYƏT SISTEMININ MÜHÜM ELEMENTLƏRINDƏN BIRIDIR. ƏN MÜASIR AVADANLIQLA TƏCHIZ OLUNMUŞ LABORATORIYA ÜÇ ƏSAS ŞÖBƏLƏRINDƏN IBARƏTDIR:


Dequstasiya şöbəsi (məhsulun orqanoleptik göstəricilərinə nəzarət üçün);
Kimya şöbəsi (kimyəvi-analitik tədqiqat və nəzarət üçün);
Becərmə kamerası və termostat tənzimləyiciyə malik olan mikrobiologiya şöbəsi. 
Zavodun laboratoriyası - bərabər tutulan prinsiplərə, MDB ölkələrində qüvvədə olan standartların, 2006-cı ildə respublika akkreditasiya sisteminin əsasında təyin edilən.
AZNAR zavodu aşağıdakı beynəlxalq sertifikatlara malikdir










Biz 100 % birbaşa sıxılmış təbii nar şirəsi istehsal edirik. Zavodumuz Azərbaycanda Göyçay şəhərində yerləşir. Zavodun yaxınlığında giləmeyvələrin şahı - nar becərilən bağlar var. Hər il 2000 hektar ərazidən ləzzəti və müalicəvi əhəmiyyəti ilə müqayisə olunmaz 2000 tondan çox məhsul toplayırıq.

Məhsullarımız təbii şərtlər altında istehlakçılarımız üçün maksimum təhlükəsiz istehsal olunur. Narların becərildiyi torpaq ağır metallar, pestisidlər, radionuklidlər və digər zərərli maddələrlə çirklənməyib. Bunu 2016-cı ildə AZNAR zavodunun nar şirəsinə Avropa sertifikatlaşdırma şirkəti Agreco (Almaniya) tərəfindən verilmiş ORGANIC (ОRQANİK) sertifikatı təsdiqləyir.

Bu sertifkatın etibarlılıq müddəti bir ildir. Növbəti ildə statusu təsdiq etmək üçün yenidən sertifikatlaşdırma aparılır, belə ki il ərzində kimyəvi vasitələrdən istifadə etmədən istehsal prosesini həyata keçirmək gələcəkdə onların istifadə edilməyəcəyinə zəmanət vermir. Sertifikatlaşdırmadan tamamilə bütün müəssisə - sahələr, anbarlar, ixrac-idxal təşkilatı keçirilir. Hər məhsul və hər istehsalçı ORGANIC sertifikatını ala bilməz – bu məqsədlə 2-4 il ərzində çoxlu səy göstərmək və bütün tələblərə cavab vermək lazımdır. 
Nar şirəsi üçün sertifikat almaq prosesi bizə üç ilə başa gəldi. Bu zaman ərzində hər il torpaqda və yetişmiş narlarda pestisid və kimyəvi maddələrin olmadığını yoxlamaq üçün  sertifikatlaşdırma orqanının mütəxəssisi gəlirdi. Alınmış nümunələr nəticələr üçün laboratoriyaya göndərilirdi.

AZNAR zavodunun nar şirələrindən əldə olunmuş laborator nəticələrə əsasən məhdud sayda məhsuluna sertifikat verilib. O vaxtdan bəri istehsal prosesində baş vermiş hər hansı bir dəyişiklik barəsində Agreco-nu xəbərdarlıq etmək öhdəliyimiz var. ORGANIC sertifikatı bizə qablaşdırmada Avropa İttifaqının orqanik simvolu – yaşıl fonda düzbucaqlının içərisində ulduzlardan ibarət yarpaq - istifadə etməyə və orqanik standartlar çərçivəsində yerli istehsalımız olan nar şirələrinin satışına imkan verir.




*******************








  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya