Qərb Paşinyanı məhz bu üç plana görə hakimiyyətə gətirdi – Badalyan
- 31-10-2023, 14:13
- Dünya
- 0
- 100
“2018-ci ildən Ermənistan hakimiyyəti hər şeydə başqalarının günahkar olduğu tezisini irəli sürür. Ancaq bütün günahların səbəbkarı Ermənistan hakimiyyətidir. Paşinyan komandası üç konkret problemi həll etmək üçün hakimiyyətə gətirilib”.
Bunu erməni politoloq Armen Badalyan deyib.
“Birincisi, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması və Qarabağ məsələsinin birdəfəlik həll olunması idi ki, bu da baş verdi. İkincisi, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması və bütün hərbi-siyasi birliklərin zərərsizləşdirilməsidir ki, bu da artıq elan olunub. Üçüncüsü, Rusiyanın bölgədən getməsidir. Bununla da Ermənistan şərti olaraq desək, “Zəngəzur dəhlizinə” çevrilir. Yəni Qərbin nəzarətinə keçir. Qərb Ermənistan ərazisi vasitəsi ilə Mərkəzi Asiyaya birləşir. Bununla da Ermənistan böyük bir dəhlizə çevirir”, - Badalyan qeyd edib.
Politoloq əlavə edib ki, bu, həyata keçiriləcək bütün proqramdır: “Birincisi icra olunub, ikincisi həyata keçirilir, üçüncüsü isə bir qədər gecikir. Qeyd edək ki, bu proqramın bir hissəsi təkcə Qərbin sifarişini yerinə yetirən iqtidar deyil, həm də bütün bunlar susqun razılığı ilə baş verən müxalifətin əhəmiyyətli bir hissəsidir. Şüarla desək, Qərbə doğru yayılmaq və yaxşı yaşamaq üçün Qarabağdan əl çəkək”.