Qərb Türk dünyasını gücləndirir, NATO isə Azərbaycanda… - Erməni politoloqdan şok
- 13-09-2023, 12:05
- Dünya
- 0
- 90
“Keçmişdə belə hərbi təlimlər olub, amma biz bu hərbi təlimlərə geosiyasi proseslər kontekstində baxmalıyıq. Ermənistan-Rusiya münasibətləri qəlizləşəndə, İrandan Ermənistan siyasətinin məntiqini anlamadıqlarına dair aydın mesajlar gələndə, təbii ki, onlar haqqında hərbi təlimlər və bu kimi bəyanatlar başqa çalar alır. İranda Ermənistanın bölgəyə xarici qüvvələr gətirməsindən narahatdırlar. Rusiya dəfələrlə bəyan edib ki, Qərb onu Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışır və indiki hakimiyyətin siyasəti də bu məntiqin tərkib hissəsidir”.
Bunu erməni politoloq Stepan Danielyan ABŞ-Ermənistan hərbi təlimlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, bunu anlamaq üçün baş nazir Paşinyan və onun müavinlərinin fəaliyyətini izləmək yetərlidir.
“Rusiya və müxtəlif İran rəsmilərinin, analitiklərinin verdiyi açıqlamalarda Ermənistana da Qərb qüvvələrinin gətirildiyi deyilir. Rusiya Federasiyasının rəhbəri, xarici işlər naziri, spiker, Dövlət Dumasının deputatları, politoloqlar dəfələrlə belə bir bəyanatla çıxış ediblər ki, Qərb onları Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışır və bu, türk dünyasının güclənməsi deməkdir”, - o qeyd edib.
Erməni ekspert əlavə edib ki, Türk dünyasının güclənməsinin yolu isə Zəngəzurdan keçir: “Ermənistan da bunun qurbandır”.
Danielyan onu da qeyd edib ki, nə qədər qəribə səslənsə də, Azərbaycan bu baxımdan NATO üçün həddindən artıq önəmli müttəfiqdir.
ABŞ-Ermənistan hərbi təlimləri ilə bağlı digər bir məqama toxunun erməni politoloq qeyd edib ki, bu yolla Qərb erməni zabit və əsgərləri arasında agent şəbəkəsini formalaşdırır və bu da çox təbii prosesdir.