Dövlət Departamentindən Azərbaycan - Ermənistan danışıqlarına dair AÇIQLAMA - YENİLƏNİB
- 28-06-2023, 09:51
- Dünya
- 0
- 175
"ABŞ Dövlət Departamentinin ev sahibliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan budəfəki görüşün vacib olduğunu düşünürük və irəliləyişin əldə olunmasına inanırıq. Üçgünlük görüşlər başa çatdıqdan sonra əldə olunacaq nəticələrlə bağlı açıqlama verəcəyik".
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller "Report"un ABŞ bürosuna açıqlamasında deyib.
"Dövlət katibi bir neçə dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışıqları aparıb. Dövlət Departamenti bir neçə dəfə görüşlərə ev sahibliyi edib. Bu səhər dövlət katibi yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə təkbətək və geniştərkibli mühüm görüşlər keçirib. Biz sülhün əlçatan olduğuna inanmağa davam edirik. Nəticələr haqqında danışmaq üçün həftənin sonuna qədər gözləyəcəyik", - Miller bildirib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsinə ev sahibliyi edir. Bu gün ABŞ dövlət dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ikitərəfli görüşlər keçirilib.
Danışıqlar iyunun 29-dək davam edəcək.
***
ABŞ Azərbaycan və Ermənistanın sülh prosesində səmərəli iştirak etmək üçün son səylərini alqışlayır.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə bildirib
Qeyd edək ki, bu gün Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ikitərəfli görüşlər keçirib.
Görüşlərdən sonra Blinken iki ölkənin xarici işlər nazirləri ilə ilk plenar iclasda iştirak edib.
Danışıqlar iyunun 29-dək davam edəcək.