Ukrayna Xersonda silah-sursat anbarını vurdu - Video + Yenilənib
- 12-07-2022, 11:16
- Dünya
- 0
- 186
Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Novaya Kaxovka şəhərində silah-sursat anbarını vurub.
“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin “Cənub” operativ komandanlığı yayıb.
Məlumata görə, Ukrayna ordusunun raket-artilleriya bölmələrinin endirdiyi zərbələrdən sonra sözügedən silah anbarında güclü partlayış və yanğın baş verib.
Hadisə nəticəsində ölən və yaralananların olub-olmaması barədə hələ ki məlumat verilməyib.
Xatırladaq ki, Rusiya ordusu hərbi əməliyyat zamanı Ukraynanın Xerson vilayətinə nəzarəti ələ keçirib.
***
Kaxovka bölgəsinin hərbi-mülki administrasiyasının rəhbəri Vladimir Leontyevin sözlərinə görə, Novaya Kaxovkaya endirilən zərbə zamanı 7 nəfər ölüb, təqribən 40 nəfər isə yaralanıb.