» » Kreml dünyanı hədələdi: “Nüvə müharibəsi başlayar”

Kreml dünyanı hədələdi: “Nüvə müharibəsi başlayar”

  • 7-07-2022, 12:00
  • Dünya
  • 0
  • 164
Kreml dünyanı hədələdi: “Nüvə müharibəsi başlayar”


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbi nüvə müharibəsi ilə hədələyib.

“Haber7” xəbər verir ki, bu barədə sosial media hesabından açıqlama verən keçmiş baş nazir və prezident Medvedev Beynəlxalq Cinayət Məhkəməsini hədəf alaraq  Rusiyanın Ukraynadakı hərbi cinayətləri ilə bağlı məsələyə sərt reaksiya verib.

“Rusiya Ukraynada hərbi cinayətlərə görə cəzalandırılarsa, nüvə müharibəsi başlayacaq”, -Medvedyev qeyd edib.

Bununla bağlı Rusiyanın imkanlarını xatırladana Medvedyev bildirib ki, ən böyük nüvə arsenalına malik ölkə cəzalandırılarsa, bütün bəşəriyyət təhlükə altında olacaq.

Ukraynadakı hərbi cinayətlərlə bağlı məhkəmənin diqqətli olmasının lazım olduğunu vurğulayan Medvedev ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) təzyiq etdiyini iddia edib.

ABŞ və Aİ Rusiyanı Ukraynada dinc əhalinin qətliamını törətməkdə ittiham edir. Xüsusilə müharibənin əvvəlində İrpindən və Buçadan gələn qırğın görüntülərinə görə rus ordusu məsuliyyət daşıyır.

İttihamları rədd edən Kreml beynəlxalq məhkəmələrin Rusiyaya qarşı heç bir qərarını tanımayacağını bəyan edib. 
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya