Türkiyə turistlər üçün daha bir məhdudiyyəti aradan qaldırıb
- 16-06-2022, 16:00
- Dünya
- 0
- 165
1 iyun 2022-ci il tarixindən etibarən Türkiyədə bütün sərhəd məntəqələrindən ölkəyə daxil olmaq üçün peyvənd sertifikatı, PCR və ya ekspress testi təqdim etmək tələbləri ləğv edilib.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi 81 vilayətin səlahiyyətli orqanlarına “Ölkəyə giriş tədbirləri haqqında” sənəd göndərib.
Sənədə əsasən, iyunun 1-dən ölkəyə daxil olmaq üçün bütün sərhəd məntəqələrində girişə maksimum 72 saat qalmış təqdim edilməsi tələb olunan PCR testi və ya girişdən sonra 48 saat ərzində edilməli olan mənfi nəticəli sürətli anticisim testi tələb olunmayacaq.
Daha öncə Türkiyədə neqativ koronavirus testi və ya COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən sənədlərlə ölkəyə daxil olmasına icazə vermişdi. Testlər 12 və daha yuxarı yaşlı uşaqlar üçün də vacib idi.
Türkiyədə son zamanlarda COVID-19-a yoluxma sayının və pandemiyadan əhalinin sağlamlığına təhlükənin azalması ölkəyə giriş şərtlərini asanlaşdırıb. Məhdudiyyətlərin əksəriyyəti mart ayında ləğv edilib. Mayın 29-dan etibarən Türkiyədə maska taxmaq məcburi deyil, lakin bu qayda hələ də yalnız xəstəxanalarda qüvvədədir.