Putin Ukrayna ərazilərinin ilhaqını elan edə bilər
- 6-05-2022, 11:16
- Dünya
- 0
- 162
Putin mayın 9-da Ukrayna ərazilərinin ilhaqını elan edə bilər.
Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.
Onun sözlərinə görə, indi Kremldə iki qruplarşma var. Onlardan biri Putinə deyir ki, mayın 9-da işğal olunmuş ərazilərin ilhaqını elan etmək lazımdır.
“Bir qrup deyir ki, Donetsk və Luqansk vilayətlərinin, hətta Xerson vilayətinin, eləcə də hazırda Zaporojyedə işğal olunmuş ərazilərin ilhaqını mayın 9-da elan etmək lazımdır.
İkinci tərəf deyir ki, ilhaq olarsa, Rusiyanın gələcək danışıqlar üçün şansı qalmayacaq”, - o qeyd edib.