Ukrayna üçün lend-liz proqramını dəstəklədilər
- 29-04-2022, 09:30
- Dünya
- 0
- 274
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna üçün lend-liz proqramını dəstəkləyib.
Bu barədə palatanın tviter səhifəsində məlumat yerləşdirilib.
Məlumata görə, artıq sənəd imzalanmaq üçün Prezidentə göndərilib.
Qanun layihəsi Prezident Cozef Baydenin Ukraynaya müdafiə aktivlərini icarəyə vermək və ya ötürmək, eləcə də digər məqsədlər üçün səlahiyyətlərini genişləndirəcək. Həmçinin aktın qəbulundan sonra Bayden 60 gün ərzində məhsulların tədarükü üçün sürətləndirilmiş prosedurlar yaratmalıdır. Sənəd ABŞ-dan Ukraynaya silah, nəqliyyat, ərzaq və yardımın çatdırılmasının əhəmiyyətli dərəcədə sürətləndirilməsini nəzərdə tutur.
Qeyd edək ki, lend-liz ABŞ-ın İkinci Dünya müharibəsi zamanı müttəfiqlərə hərbi texnika və avadanlıqları icarəyə verdiyi və ya uzunmüddətli kreditlə təhvil verdiyi bir proqramdır. Lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan materiallar ABŞ-ın müttəfiqlərinə köçürülüb.