Xerson şəhərini ələ keçirən rus ordusu şəhər əhalisi qarşısında bu tələbləri qoyub
- 3-03-2022, 11:24
- Dünya
- 0
- 177
Şəhər meri rus ordusunun irəli sürdüyü tələblərini sadalayıb.
Bu barədə şəhər meri İqor Kolıxayev Facebookda məlumat verib.
Onun sözlərinə görə, rus ordusunun təmsilçiləri Xerson Şəhər Şurasına gələrək qanuni şəhər hakimiyyətinin nümayəndələri ilə söhbət ediblər.
Onun sözlərinə görə, görüş zamanı rus ordusunun nümayəndələrinə ölənlərin toplanması və basdırılması, ərzaq və dərmanların çatdırılması, zibillərin yığılması, qəzaların aradan qaldırılması və s. problemləri göstərilib.
O daha sonra əlavə edib ki, rus ordusunun nümayəndələri də şəhər əhalisi qarşısında bu tələbləri qoyub:
"Şəhərə yalnız gündüz vaxtı çıxa bilərsiniz;
Saat 20:00-dan 06:00-a qədər komendant saatına ciddi əməl olunmalıdır;
Şəhərə ancaq ərzaq, dərman və başqa əşyalar olan avtomobillər gəlir;
Çörək, mağaza və aptek işçilərinin işə getməsi üçün şəhərdə ictimai nəqliyyatin fəaliyyəti bərpa olunur;
Piyadalar bir-bir, maksimum iki nəfər olmaqla hərəkət edə bilər;
Şərtlərə görə şəhərdə olan maşınlar minimum sürətlə hərəkət etməlidir. Hərəkət zamanı hər an saxlanılıb, daşınan mal yoxlanıla bilər”.
Mer daha sonra deyib ki, hələlik Ukrayna bayrağı şəhərin üzərindədir: “Biz yaranmış durumda vəziyyətin sabitliyini qorumaq üçün tələblərə əməl etmək zorundayıq. Mən hələlik bundan başqa heç nə təklif edə bilmərəm”, - deyə o yekunlaşdırıb.