Главная > Cəmiyyət > "Bu, sürücülərin daha az xərcə düşməsinə səbəb olacaq" - AÇIQLAMA
"Bu, sürücülərin daha az xərcə düşməsinə səbəb olacaq" - AÇIQLAMA1-07-2024, 12:16. Разместил: admin |
Aİ-92 yanacağının Avro-5 standartlarına uyğunlaşdırılması əhəmiyyətli hadisədir. Bunu Milli Məclisin VI çağırış deputatı Azər Badamov açıqlamasında deyib. O bildirib ki, keyfiyyətli yanacaq atmosferə atılan zərərli tullantıların azalmasına və ekologiyanın daha az çirklənməsinə yol açacaq: "Çünki ölkəmizdə avtomobillərdə əsasən Aİ-92 benzini istifadə olunur. Biz havalar istiləşəndə Bakıda havanın çirkli olduğunu daha çox hiss edirik. Bu da əsasən tıxaclarda mühərrikləri işləyən avtomobillərin buraxdığı zərərli qazların miqdarının çox olması nəticəsində baş verir". A. Badamovun sözlərinə görə, avtomobillərdə daha təmiz yanacaq yandırılarsa, atmosferə atılan qazların həcmi də daha az olar: "Bu da hər birimizin nəfəs aldığı havanın daha az çirklənməsinə səbəb olar". "Aİ-92 yanacağının Avro-5 standartlarına uyğunlaşması həm də bu yanacağı istifadə edən avtomobillərin mühərriklərinin daha təmiz işləməsinə yol açacaq. Yəni benzinin təmiz olması, avtomobillərdə mühərriklərdə nasazlıqların azalmasına, yanacaq sistemlərinin çirklənməməsinə və sürücülərin daha az xərcə düşməsinə səbəb olacaq", - deyə millət vəkili əlavə edib. Вернуться назад |