» » "Bu, sürücülərin daha az xərcə düşməsinə səbəb olacaq" - AÇIQLAMA

"Bu, sürücülərin daha az xərcə düşməsinə səbəb olacaq" - AÇIQLAMA

"Bu, sürücülərin daha az xərcə düşməsinə səbəb olacaq" - AÇIQLAMA


Aİ-92 yanacağının Avro-5 standartlarına uyğunlaşdırılması əhəmiyyətli hadisədir.

Bunu Milli Məclisin VI çağırış deputatı Azər Badamov açıqlamasında deyib. O bildirib ki, keyfiyyətli yanacaq atmosferə atılan zərərli tullantıların azalmasına və ekologiyanın daha az çirklənməsinə yol açacaq:

"Çünki ölkəmizdə avtomobillərdə əsasən Aİ-92 benzini istifadə olunur. Biz havalar istiləşəndə   Bakıda havanın çirkli olduğunu daha çox hiss edirik. Bu da əsasən tıxaclarda mühərrikləri işləyən avtomobillərin buraxdığı zərərli qazların miqdarının çox olması nəticəsində baş verir".

A. Badamovun sözlərinə görə, avtomobillərdə daha təmiz yanacaq yandırılarsa, atmosferə atılan qazların həcmi də daha az olar: "Bu da hər birimizin nəfəs aldığı havanın daha az çirklənməsinə səbəb olar".

"Aİ-92 yanacağının Avro-5 standartlarına uyğunlaşması həm də bu yanacağı istifadə edən avtomobillərin mühərriklərinin daha təmiz işləməsinə yol açacaq. Yəni benzinin təmiz olması, avtomobillərdə mühərriklərdə nasazlıqların azalmasına, yanacaq sistemlərinin çirklənməməsinə və sürücülərin daha az xərcə düşməsinə səbəb olacaq", - deyə millət vəkili əlavə edib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Sentyabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Qalereya