Sentyabrın 27-də azad olunan ərazilər - SİYAHI
- 27-09-2021, 09:59
- Cəmiyyət
- 0
- 178
Bir il əvvəl Azərbaycan Ordusu düşmən tapdağında olan torpaqlarımızın azad olunması üçün əks-hücum əməliyyatlarına başladı.
Hücum əməliyyatlarının başlandığı ilk gündən Müzəffər Ordumuz bir neçə yaşayış məntəqəsini və strateji yüksəklikləri azad etdi.
Sentyabrın 27-də azad olunan əraziləri təqdim edirik:
- Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri;
- Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri;
- Ağdərə və Murovdağ istiqamətlərindəki yüksəkliklər.