Daha doqquz naməlum şəhidin məzarı açılacaq
- 19-08-2021, 14:11
- Cəmiyyət
- 0
- 199
“Avqustun 20-də İkinci Şəhidlər xiyabanında naməlum şəhidlərin məzarları açılacaq”.
Bu barədə orxu.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestindən məlumat verilib.
Bildirilib ki, sabah doqquz naməlum məzarın açılması planlaşdırılır. Proses iki-üç gün davam edəcək.
Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.
Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (ekshumasiya) dair 3 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib.