Qazimiz 9 aydan sonra ayaq üstə (VİDEO)
2-ci Qarabağ Müharibəsində dastan yazan vətənin igid oğullarından biri də 20 yaşlı Camal Alxasovdur. Qəhrəmanımız bizi zəfərə aparan yolda iki ayağını itirmişdi. Qazimizi yaxın günlərdə yenidən ayaq üstə görə biləcəyik. Artıq bununla bağlı işlərə start verilib. Türkiyədə bərpa prosesi keçən Camal Alxasov "XəzərXəbər"ə açıqlama verib.
Vətən müharibəsinin qəhrəmanlarıdan biri olan, döyüşlərdə ağır yaralanan qazimiz yenidən ilk addımlarını atmağın sevincini yaşayır.
Camal Alxasov Qubadlı istiqamətində gedən döyüşlərdə düşmənin atdığı minaatan mərməsinin partlaması nəticəsində yaralanıb.Qəhrəmanımız Əzəli və tarixi torpaqlarımız uğurunda 2 ayağını qurban verib.
Zəfər yolumuzda şücaət göstərən Camal Alxasov bundan sonra həmin ərazilərə yenə də ayaq üstə gedəcək. Yüksək texnologiyalı protezlə təmin olunan qazimiz hazırda Türkiyədə bərpa prosesi keçir. Camal Alxasov Xəzər Xəbərə bildirdi ki, uyğunlaşma prosesi çətin olsa da, bunun da öhdəsindən gəlməyi bacaracaq.
Qeyd edək ki Şərəfli döyüş yolu keçən Camal Alxasov Prezident İlham Əliyevin Sərəncamları ilə "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.Camal Alxasovun Azərbaycana 2 həftədən sonra dönəcəyi gözlənilir. Həmişə ayaq üstə vətənin qəhrəman oğlu!
<embed width="640" height="360" src="https://player.olke.az?v=1254&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>