Daha 40 qazi sosial-psixoloji yardım təlimlərinə cəlb olundu
- 12-05-2021, 09:12
- Cəmiyyət
- 0
- 242
40 Vətən müharibəsi iştirakçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən sosial-psixoloji yardım təlimlərinə cəlb olunub.
Agentlikdən verilən məlumata görə, Şağan Reabilitasiya Pansionatında onların psixoloq, loqoped və əmək terapiyası üzrə mütəxəssislər tərəfindən müvafiq xidmətlərlə təminatı həyata keçirilib. Təlimlər müasir metodlarla həm fərdi, həm də qrup şəklində aparılıb.
Ümumilikdə postmüharibə dövründə agentliyin reabilitasiya müəssisələrində 805 qaziyə sosial-psixoloji yardım göstərilib. Onlarla yanaşı, şəhid ailəsinin və müharibə iştirakçısının ailə üzvlərindən ibarət 150 nəfər də psixoloji təlimlərə cəlb edilib. Ümumilikdə isə 7 500-dən çox psixoloji seans keçirilib.