SƏRT KARANTİN: Bu şəxslərə güzəşt oluna bilər – AÇIQLAMA
- 7-04-2021, 12:33
- Cəmiyyət
- 0
- 195
COVİD-19 infeksiyasına qalib gəlməyin yeganə yolu kütləvi şəkildə əhalimizin peyvəndlənməsindən keçir. Bir ildir ki, bütün dünyada olduğu kimi biz də pandemiyadan əziyyət çəkirik. Çox təəssüf ki, gündəlik bu infeksiyaya yoluxanların və ölənlərin sayı artmaqdadır. ÜST COVİD-19 infeksiyasına qarşı həm ölkədə effektiv mübarizə tədbirlərin aparılamsına görə, həm də beynəlxalq təşəbbüslərə qoşularaq verdiyi töhfələrinə görə Azərbaycanı dünya ölkələri üçün nümunəvi olduğunu dəfələrlə qeyd edib.
"Ölkə.Az" xəbər verir ki, bunu Redaktor.az-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, dünyanın bütün ölkələri nə pandemiyaya qarşı effektiv mübarizə apara bilir, nə də koronavirusa qarşı peyvəndlərdən yararlana bilir:
“Prezident İlham Əliyev beynəlxalq tribunalardan kasıb ölkələrə yardımların edilməsini, peyvəndlərin bərabər, ədalətli bölgüsünün və hamının əlçatanlığınınn təmin olunmasının vacibliyini qeyd edib. Prezident İlham Əliyev bilirdi ki, peyvəndlər istehsal olunanda bölgüsündə ədalətsizlik baş verəcəkdir və ona görə də beynəlxalq COVAX təşəbbüsünə qoşulmaqla yanaşı fərdi qaydada Çindən peyvən idxal edilməsinə nail olmuşuq.
Bu gün ölkəmizdə aktiv peyvəndlənmə aparılır. Pandemiyaya qalib gəlməyinin yeganə yolu peyvəndləmə olduğundan ölkəmiz peyvəndlənməyə başlayan ilklərin sırasındadır. Bu gün əhalinin sayının nisbətinə görə də Azərbaycan peyvəndləmədə öncül yerlərdədir. Dövlətimiz bütün bu işlərini insanların sağlamlıqları naminə icra edir. Hər bir vətəndaşımız da başa düşməlidir ki, hamılıqla, kütləvi şəkildə peyvəndlənməyə getməliyik. Heç də sirr deyil ki, çoxlu ölklərin vətəndaşları gözləyirlər ki, peyvəndlər gətirsinlər və qəbul etsinlər.
Amma dövlətimiz bu şəraiti bizim üçün yaratmışdır. Çox təəssüf ki, peyvənd vurulmasına tərəddüdlə baxanlar da var. Belə insanlar başa düşməlidirlər ki, peyvənlənmənin alternativi yoxdur. Bir müddətdən sonra dünyada gediş-gəliş üçün də ölkələr peyvəndləyən insanlar üçün sərbəst ola bilər. Həm də sərt karantin rejimi tətbiq ediləcəyi halda peyvəndlənmiş şəxslər SMS icazələrindən azad oluna bilərlər. Çünki, peyvəndlənmiş insanın yoluxma riski çox aşağıdır və hətta yoluxma baş verərsə belə çox yüngül şəkildə keçirirlər. Əgər biz adi normal həyata qayıtmaq istəyiriksə mütləq şəkildə hamımız vaksinasiya olunmalıyıq”.