Elvin Baxışov sahənin yüksək ixtisaslı, peşəkar, gənc və perspektivli mütəxəssislərindəndir
- 1-08-2023, 14:52
- Cəmiyyət
- 0
- 486
Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.
Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elvin Baxışovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elvin Baxışov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Meşələrdən, meşədən kənar ərazilərdən və meşəparklarından, yüksək genetik xüsusiyyətlərə malik, meşəəmələgətirici cinslərdən müsbət və elit ağac və ağaclıqların seleksiya əsasında seçilməsi, onlardan toxumların tədarükü, uçotu, analiz olunub yoxlanılması, eləcə də onların saxlanılması, nəqli və mübadiləsi peşəkarcasına təşkil olunur.
Mərkəz tərəfindən meşə təsərrüfatı tədbirlərinin aparılmasına dair statistika və daxili hesabatlar vaxtında və dolğun tərtib olunmasına xüsusi diqqət yetirilir. Meşə Mühafizəsi və Bərpası Müəssisələri tərəfindən bütün meşə təsərrüfatı tədbirlərinin aparılmasına daxili nəzarət ciddiliklə həyata keçirilir.
Son illər ölkəmizdə jurnalistlərin fəaliyyətlərinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılması, media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılması yönündə görülən işləri təqdir edirik. Bütün bunalara rəğmən, hələ də öz peşə fəaliyyətində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməyən “jurnalistlər” vardır və təəssüf ki, Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov da zaman-zaman elələrinin qarayaxmalarına məruz qalır. Doğrudur, Elvin müəllim elələrinin səviyyəsinə enmir, yoxsa, məhkəmə yolu ilə onların cəzalanmasına asanlıqla nail ola bilər. Bilir ki, elin gözü tərəzidir, cəmiyyət kimin kim olduğunu çox yaxşı bilir.
Gənc və perspektivli kadrlardan olan Elvin Baxışova fəaliyyətində uğurlar arzulayırıq və bu qənaətdəyik ki, onun əməyi dövlətimiz tərəfindən daha yüksək qiymətləndirilməyə layiqdir.
Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən 102xeber.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov haqqında iftira və böhtanlarla bağlı məsələ tam araşdırılmış və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.
Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insanlardır.
Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdırlar.