Qax bələdiyyəsinin sədri Eyvaz Orucov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmdə ələ alır - ÖZƏL
- 30-07-2021, 02:09
- Cəmiyyət
- 0
- 258
Şər və Böhtan yazanlara Tutarlı cavab
Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.
Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Bələdiyyə sədri şəhid anasından rüşvət istəyib başlıqlı yazı yazaraq görülən işlərə kölgə salmaq istəyirlər amma alınmayacaq! Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən 102xeber.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Qax bələdiyyəsinin sədri Eyvaz Orucov haqqında iftira və böhtanlarla bağlı məsələ tam araşdırılmış və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.
Qax bələdiyyəsinin sədri Eyvaz Orucov - İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Ərazi bütövlüyümüz əsas şərt idi. Bu yolda Cənab Prezidentimiz gecə və gündüz çalışdı. Nə vaxt, nəyi, necə edəcəyini müəyyənləşdirdi. Nəhayət ərazi bütövlüyümüz bərpa olundu. Düşməndən azad olunan ərazilərdə isə erməni vandalizmi nəticəsində infrastrukturun tamamilə məhv edildiyinin şahidi olduq. Hətta vaxtilə öz tarixi torpaqlarında yaşamış həmvətənlərimizin əzizlərinin qəbirləri belə yerlə yeksan edilib, sümükləri yoxa çıxarılıb...
Müharibədən yeni çıxmış ölkəmiz üçün yeni bir çətin mübarizə başlayıb, iqtisadi mübarizə. Lakin gedən proseslər onu deməyə əsas verir ki, Cənab Prezidentimiz heç bir prosesi nəzərdən qaçırmayıb, mərhələli şəkildə, əvvəlcədən hazırlanmış plan əsasında da bu çətinliklərin öhdəsindən asanlıqla gələ bilir ölkəmiz.Torpaqlarımız düşmən tapdağında olduğu zammanda da Cənab Prezidentimiz regionlarımızın inkişafını dövlət siyasəti kimi bəyan etmiş və buna mərhələli şəkildə nail olmuşdur. Kənd təsərrüfatının inkişafı üçün, xüsusilə hər bir rayonun özünə məxsus iqtisadi imkanları nəzərə alınmış, sahibkarlığın inkişafına önəm verilmişdir. Bu xüsusda da sahibkarlara yardım fondu yaradılaraq bu məsələyə daim dövlət qayğısı göstərilmişdir.Sahibkarlara subsidiyaların . güzəştli kreditlərin verilməsi, onların kənd təsərrüfatı üçün lazım olan texnika ilə təchiz olunmaları dövlət başçımızın iqtisadi siyasətinin bir hissəsi idi. Eyni zamanda hər bir bölgəyə ölkə başçımızın səfərləri fonunda yerli sakinlərlə görüşlər keçirilir, onları maraqlandıran məsələrə diqqət ayrılır, problemlərin həll olunması üçün lazımi tədbirlər planı hazırlanır, yerli sahibkarların imkanları yerindəcə müəyyənləşdirilirdi.
Torpaqlarımızın işğaldan azad olması yeni iqtisadi ərazilərin yaradılması zərurəti yaratdı və elə buna görə də Cənab Prezidentimiz ölkəmizdə 14 iqtisadi rayonun yaradılması üçün 7 iyil 2021 – ci ildə fərman imzaladı. İşğaldan azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası qarşıya böyük və məsuliyyətli iş qoydu. Belə ki, iqtisadi idarəetmə çevikliyinin artırılması, digər iqtisadi ərazilərlə iqtisadi əlaqələrin qurulması, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpa edilməsi və s.
Görünən budur ki, ərazi bütövlüyümüz bərpa olunan kimi, dərhal həmin ərazilərdə infrastrukturun bərpa işlərinə başlanıldı. Təbii ki, burada çətin maneələr var, məsələn onlardan biri mənfur düşmənin 30 – il müddətində basdırdığı minalardır. Lakin buna baxmayaraq hər bir işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə başlanılıb, daha doğrusu yeni layihələr çərçivəsində daha da möhtəşəm bir yaşayış yerləri tikilir. Cənab Prezidentimiz bir çox xarici ölkə şirkətlərini Qarabağ iqtisadi rayonunda gedən iqtisadi proseslərə cəlb edir ki, bu da işin sürətinə eyni zamanda ölkələrarası münasibətlərin müsbət formalaşmasına kömək edir.