» » İlham Əzimov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edənlərə TUTARLI CAVAB

İlham Əzimov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edənlərə TUTARLI CAVAB



Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında 28 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzimov adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.

İlham Əzimovun hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı. 

28 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzimov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim İlham Əzimovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən İlham Əzimov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 28 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzimova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Son günlər bəzi internet saytlarında 28 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzimov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, 28 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzimov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. 
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

28 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzimov - 20-ci əsrin sonlarında ölkəmizdə hər bir sahədə dərin böhran, xaos, nizamsızlıq hökm sürürdü. Digər tərəfdən də AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyində tüğyan edən hərc-mərclik mövcud ictimai-siyasi böhranı daha da dərinləşdirirdi. Artıq Azərbaycan bir dövlət kimi məhv olma təhlükəsi ilə üz- üzə qalmışdı. Xalqımızı belə çətin və ağır vəziyyətdən yalnız və yalnız, hər zaman ən çətin günlərdə xalqının yanında olan, ömrünü xalqına həsr edən, adını tarixə vətəninin, xalqının xilaskarı kimi həkk edən dahi Heydər Əliyev xilas edə bilərdi. 1993-cü ilin iyun ayının 9-da xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyev tarixi xilaskarlıq missiyasını öz üzərinə götürərək Azərbaycanı xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi kimi təhlükələrdən xilas etdi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində çox qısa müddət ərzində ölkəmizdə mövcud ictimai-siyasi böhran aradan qalxdı, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu, nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Bu proseslərin davamı olaraq idarəetmə sistemi formalaşdırıldı, Əsrin Müqaviləsi və digər enerji müqavilələri imzalandı. Bütün bunlar  Azərbaycanda böyük iqtisadi dirçəlişin yaranması ilə nəticələndi. Eyni zamanda qanunvericilik sahəsində də böyük islahatlar aparıldı, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Bununla da ölkədə hökm sürən ictimai-siyasi böhran aradan qalxmaqla yanaşı Azərbaycanın sürətli inkişafının əsası qoyuldu.

Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş 15 İyun Milli Qurtuluş günü dövlətçiliyimizin şanlı qürur səhifələrindən biridir. 15 İyun, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş günü oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata və qələbələrə aparan yol bilavasitə həmin gündən başlandı.

Bu gün Azərbaycanın inkşafında və əldə etdiyi bütün uğurların kökündə Heydər Əliyev siyasəti dayanır. Əsası Ümumilli Liderimiz tərəfindən qoyulmuş bu siyasət bu gün Prezident İlham Əliyev tərəfində uğurla və layiqincə davam etdirilir. Bu gün Azərbaycan, dahi Heydər Əliyev məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində torpaqlarını işğaldan azad etmiş, qalib xalq kimi dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Xalqımız öz xilaskarı Heydər Əliyevi hər zaman dərin hörmət və ehtiramla yad edir.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya