» » “Gənclərin Onlayn Yay Məktəbi – Özünlə başla”

“Gənclərin Onlayn Yay Məktəbi – Özünlə başla”



06.08.2020-ci il tarixində “Zoom” platforması üzərindən “Gənclərin Onlayn Yay Məktəbi – Özünlə başla” layihəsinin açılış mərasimi keçirilib.
İlk olaraq açılış nitqi ilə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova layihədə iştirak hüququ qazanan gənclərə uğurlar arzulayaraq dünyanı ağuşuna alan koronovirus (COVİD -19) infeksiyası ilə mübarizə çərçivəsində dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı sosial layihələr və maarifləndirmə işlərində gənc könüllülərin uğurlu iştirakından söz açıb. Daha sonra çıxış edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin  baş direktoru Rəvanə Həşimova pandemiya şəraitində həyata keçirilən bu kimi layihələrin gənclərin şəxsi inkişafında mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Sonda Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev xüsusi təqdimatla çıxış edərək “Gənclərin Onlayn Yay Məktəbi-Özünlə başla” layihəsi barədə iştirakçılara ətraflı məlumat verib və gəncləri maraqlandıran sualları cavablandırıb. 
“Gənclərin Onlayn Yay Məktəbi – Özünlə başla” layihəsinin keçirilməsində məqsəd - gənclərin asudə vaxtlarının və yay tətilinin səmərəli təşkili, gənclərin sosial və fərdi inkişafına təkan vermək, gənclərdə sosial və fərdi bacarıqların üzə çıxarılmasıdır.
Vurğulamaq istərdik ki, “Gənclərin Onlayn Yay Məktəbi – Özünlə başla”  –Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Gənclər evi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Azərkitab-Kitab Mərkəzinin tərəfdaşlığı ilə “12 avqust-Beynəlxalq Gənclər günü” münasibətilə keçirilir. Layihə ümumi olaraq 7 gün (6-12 avqust) ərzində qeydiyyatdan keçmiş 400 gənc və özünü gənc hiss edənlər arasından seçilən 150-dən çox gəncin iştirakı ilə “Zoom” platforması üzərindən keçiriləcək. 
Onlayn Yay Məktəbi vətənpərvərlik, sağlam həyat tərzi, sosial və fərdi inkişaf, intellektual düşünmə qabiliyyəti, müasir və yeni bacarıqların inkişafı, asudə vaxtın səmərəli təşkili istiqamətlərində gündəlik təlim, görüş, vebinar, intellektual oyun və əyləncəli fəaliyyətlərin təşkili ilə  baş tutacaq.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Quel style avez-vous besoin? replique montre Eh bien, rien de plus unique et concurrentiel que d'adopter le style de répliques de montres Rolex. rolex replique montre Ils sont les montres les plus aimables et pacifiques. Avec le port de répliques de montres Rolex sur vos poignets, audemars piguet replica montre vous seriez en mesure d'obtenir instantanément un style naturel pour sûr. Ce sont des pièces très retentissant de montres. Ils ont des styles, panerai replica uhren des expressions, des attractions et des couleurs naturelles, attraper vos yeux au-delà de l'imagination.
    2 yanvar 2025 07:38
    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Qalereya