İradə xanım Gülməmmədova: Azərbaycanımızı işıqlı gələcəyə, bəxtiyarlı günlərə aparan bu şərəfli yol daim davam etsin
- 18-11-2021, 10:00
- Bölgə
- 0
- 329
Abşeronda şəhidlərə il mərasimi keçirildi
Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərə atılaraq qəhrəmancasına döyüşən, öz canını vətəninə qurban verən əsgər Məmmədov Tural Tarıyel oğlunun və əsgər Dövlətov Zaur Zahir oğlunun il mərasimi keçirilib. Masazır və Digah kəndlərində keçirilən il mərasimində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Hüseyn Quliyev, Abşeron rayon prokuroru Qabil Qasımov, Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi Arif Məmmədov, Yeni Azərbaycan Partiyasının Aberon Rayon Təşkilatının sədri Bilman Vəliyev, Abşeron Polis İdarəsi rəisinin köməkçisi Elnur Zeynalov, şəhid ailələri, qazilər, gənclər və rayon ictimaiyyəti iştirak edib.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.
RİH başçısı İradə Gülməmmədova şəhidlərimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb.
Allah bütün şəhidlərimizi rəhmət eləsin.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova - Müzəffər Ali Baş Komandan sayəsində çoxəsrlik tarix boyu ilk dəfə düşməni diz çökdürən və Azərbaycan xalqına başucalığı gətirən şanlı qələbə qazandıq. Bu, tarixi ədalətin bərpası, xalqımızın şanlı qələbəsi idi. Bu Qələbənin memarı Ali Baş Komandan və onun ətrafında “dəmir yumruq” kimi birləşən müzəffər Azərbaycan xalqıdır. Bugün onun rəhbərliyi ilə Azərbaycan öz tarixinin ən şərəfli, qürurlu günlərini yaşayır. Son 200 ildə Azərbaycan, ilk dəfə, itirilmiş torpaqlarını bərpa etdi. Bunu yalnız cənab İlham Əliyev edə bilərdi. Bunlar bizim üçün, bütün Azərbaycan xalqı üçün böyük şərəf və qürurdur. O, Azərbaycan xalqının mərd, yağı düşmən qarşısında əyilməz xalq olduğunu bütün dünyaya bəyan etdi. Bir daha sübut etdi ki, bu xalq ləyaqətli xalqdır, bu xalq qürurlu xalqdır, bu xalq döyüşməyi bacaran xalqdır, bu xalq torpağı uğrunda lazım gəldikdə şəhid olmağa hazır xalqdır. Bütün dünyaya uca səslə bəyan etdi ki, bu xalq tarixdə əbədi qalacaq. Bu gün prezidentimizin sayəsində insanlarımızın gözlərindən yalnız və yalnız sevinc, qələbə, zəfər göz yaşları axır, sevinc-sevincə qarışır, hamı qalib xalqın, qalib Vətənin övladları kimi, alnı açıq, başı dik gəzir, möhtəşəm qələbəni, zəfəri qeyd edir.
Məhz Ali Baş Komandanın siyasi iradəsi və sərkərdəlik məharəti sayəsində qalib dövlətə çevrildik, müzəffər xalq olduq, ölkəmiz bütün dünyaya yeni imicdə göründü, beynəlxalq aləm Azərbaycanı qüdrətli dövlət kimi yenidən kəşf etdi. Bu şanlı Zəfərlə Ümummilli liderin layiqli davamçısı hər bir azərbaycanlının qəlbində əbədi ucaldı və bir daha alternativsiz Lider olduğunu təsdiqlədi. Sözün əsl mənasında, savaşıb və yüz ildən artıq dünyanı gəzib-dolaşan erməni yalanlarını, onların çoxsaylı himayədarlarının təxribat kampaniyalarını darmadağın etdi. Bu baxımdan, o təkcə müasir Azərbaycan Respublikasının deyil, Azərbaycan adının mövcud olduğu bütün dövrlərin, dünya azərbaycanlılarının və bütün türk dünyasının qəhrəmanıdır.Bu səbəbdən də Prezidentimizin Türk Dünyasının Ali Ordenini alması gözlənilən və qürurverici bir tarixi hadisə idi. Turan elləri öz bahadırını qiymətləndirməyə bilməzdi.
Ulu Öndərimiz Azərbaycan dövlətini və xalqını məhv olmaqdan xilas etməklə yanaşı, həm də Azərbaycanın gələcək xilaskarını - itirilmiş torpaqların xilaskarını, ərazi bütövlüyünü bərpa edəcək Böyük Sərkərdəni xalq üçün yetişdirdi. Bir oğul kimi Cənab Prezident Ata vəsiyyətini, Azərbaycan xalqına verdiyi vədi şərəflə yerinə yetirdi.
Azərbaycanımızı işıqlı gələcəyə, bəxtiyarlı günlərə aparan bu şərəfli yol daim davam etsin, tutduğunuz bu haqq yolunda ALLAH Sizə yardımçı olsun, Cənab Ali Baş Komandan!