» » İradə xanım Gülməmmədova: Milli qürur, qələbə və zəfər bayramı

İradə xanım Gülməmmədova: Milli qürur, qələbə və zəfər bayramı


Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova - Noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı kimi qalacaqdır. Xalqımızın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlatdığı İkinci Qarabağ – Vətən Müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı. 44 günlük hərbi döyüşlər nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi. Noyabrın 8-də cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini xalqımıza verdi. Bundan sonra imzalanan üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən İradə Gülməmmədova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.


Abşeron şəhidlərinə il mərasimi keçirildi


Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərə atılaraq qəhrəmancasına döyüşən, öz canlarını vətəninə qurban verən 4 igid şəhidimizin il mərasimi keçirilib. İl mərasimlərində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Oqtay Əsədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsinin rəisi Ruslan Rəhimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Hüseyn Quliyev, Abşeron rayon prokuroru Qabil Qasımov, Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi Arif Məmmədov, şəhid ailələri, qazilər, gənclər və rayon ictimaiyyəti iştirak edib.
Şəhid əsgər İbadov Rauf Məhərrəm oğlu, gizir Rəşidov Ziyəddin Arzu oğlu, gizir Dövlətli İskəndər Vüqar oğlu və əsgər Heydərov Qadir Ədalət oğlunun əvvəllər yaşadıqlara ünvanlara gedilərək ailə üzvləri ilə görüşülüb.
Eyni zamanda şəhid əsgər İbadov Rauf Məhərrəm oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə ucaldılan abidə-bulaq kompleksinin açılışında iştirak edilib.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.
RİH başçısı İ.Gülməmmədova və millət vəkili Oqtay Əsədov şəhidlərimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıblar.
Allah bütün şəhidlərimizi rəhmət eləsin.















Abşeronda şəhidlərə il mərasimi keçirildi


Vətənimizin bütövlüyü uğrunda döyüşən əsgər Abbasov Nemət Elçin oğlu və əsgər Salmanov Azər Vəfadar oğlunun şəhidlik zirvəsinə ucalmasının bir ili tamam olur. Bununla əlaqədar olaraq Abşeronda şəhidimizin il mərasimi keçirilib. Mərasimdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Şahin Seyidzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, gənclər və rayon ictimaiyyəti iştirak ediblər.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhuna dualar oxunub.
RİH başçısı İ.Gülməmmədova və millət vəkili Ş.Seyidzadə şəhidlərimizin ailə üzvlərinin qayğıları və problemləri ilə maraqlanıb.










  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya