» » Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul-görüşlərində edilən müraciətləri nəticəsiz qalmır

Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul-görüşlərində edilən müraciətləri nəticəsiz qalmır



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının  Mamırlı kəndində keçirilən səyyar qəbul görüşündə vətəndaş İsmayılov Kamil Əli oğlu kənd sakinləri adından müraciət edərək kəndə gələn suyun normaya uyğun bölünmədiyini bildirərək köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq, başçının birinci müavini Elvin Umudov, Suvarma Sistemləri idarəsinin rəisi Şəmil Ziyadov kənd sakinlərinin iştirakı ilə su kanalına baxış keçirilmiş, suyun kəndlərə normaya uyğun verilməsi təmin edilmişdir.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.








Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası Bala Kəngərli kəndi ərazisində keçirilib


Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ekologiya və  Təbii Sərvətlər İdarəsinin və “VƏKİLOĞLU” MMC-nin (Patron tumları) birgə təşkilatçılığı ilə Tərtər Rayonunun Bala Kəngərli kəndi ərazisindən yol kənarında ağacəkmə aksiyası keçirilib.
Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 2000 ədəd sərv ağacı əkilıib, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.









Tərtərdə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib


Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə Tərtər şəhəri ərazisində reyd keçirilib. 
Şəhərin Heydər Əliyev prospekti boyunca davam edən reyd zamanı səkilərdə piyadaların hərəkətinə maneə törədən pərakəndə ticarətlə məşğul olanlara xəbərdarlıq edilib. Həmin şəxslərlə maarifləndirici söhbətlər apararaq, yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırılıb.
Keçirilən reyd sakinlər tərəfindən rəğbətlə qarşılanıb. Onlar yol kənarında satılan mənşəyi məlum olmayan ərzaq məhsullarının antisanitar vəziyyət yaratdığını bildirməklə, şəhərin ümumi görünüşünə də xələl gətirdiyini qeyd ediblər.
Reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olanlara bilidirilib ki, profilaktiki söhbətlərə və edilən xəbərdarlıqlara məhəl qoymayan qanunsuz olaraq küçə ticarəti ilə məşğul olan şəxslər barədə  İnzibatı  Xətalar Məcəlləsinə uyğun protokollar  tərtib olunacaq.










  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya