Süleyman Nemətov: Müdrik xalqın müdrik seçimi
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Suraxanı Rayon Polis İdarəsinin rəisi Süleyman Nemətovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Suraxanı Rayon Polis İdarəsinin rəisi Süleyman Nemətov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Süleyman Nemətov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Suraxanı Rayon Polis İdarəsinin rəisi Süleyman Nemətova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Suraxanı Rayon Polis İdarəsinin rəisi Süleyman Nemətovdur.
Suraxanı Rayon Polis İdarəsinin rəisi Süleyman Nemətov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Süleyman Nemətov bu işin müqəddəsliyini qoruyub saxlayır. Süleyman Nemətov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Süleyman Nemətovdan danışdılar yaxşı ki, Süleyman Nemətov Suraxanı Rayon Polis İdarəsinin rəisidir… Süleyman Nemətov öz isguzarlığı ilə tanınır və seçilir….
Süleyman Nemətov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Süleyman Nemətov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Süleyman Nemətov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Süleyman Nemətovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Süleyman Nemətov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Süleyman Nemətov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Suraxanı Rayon Polis İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Süleyman Nemətov özünü doğruldub. Bizdə hörmətli Süleyman Nemətovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Suraxanı Rayon Polis İdarəsinin rəisi Süleyman Nemətov - Bir məkan olaraq Azərbaycan - əlamətdar hadisələrlə tarixi zəngin olan bir coğrafiyadır. Lakin bu ərazinin dövlətçilik tarixində dönüş nöqtələri, əsasən yeni və ən yeni tarixdə - XX və XXI əsrin qovşağında baş vermis hadisələrdir. Bu coğrafiyada müxtəlif adlar altında dövlət qurumlarımız olsa da, ilk dəfə Azərbaycan dövləti məhz qeyd etdiyimiz intervalda təcəlli etmişdir. XX əsrin əvvəlində təsis edilmiş Azərbaycan Demokratik Respublikasının təşəkkülü və tənəzzülü barədə çox deyilmiş, ömrü cəmi 23 ay sürmüş bu Cümhuriyyətin həm uğurları, həm də səhvləri barədə çox yazılmış, təhlillər aparılmışdır.
Cümhuriyyətin süqutunun əsas səbəbləri kimi, zamanın ictimai-siyasi reallıqları göstərilsə də, əsas səbəb heç də bu deyildi. Əsas səbəb, prosesləri idarə edə biləcək, əleyhdə olan faktorları lehə dəyişə biləcək səviyyədə çevik, təcrübəli və xarizmatik liderin olmaması idi. Sübut üçün parallel, Finlandiya və general Mannerheym faktorudur. Rusiyanın müstəmləkəsi olan Finlandiya da 1917-ci ildə müstəqilliyini elan etmiş, bundan sonra rus ordusunun general-leytenantı milliyyətcə finn olan Karl Qustav Emil Mannerheym öz ölkəsinə qayıdaraq xidmətini burada davam etdirmiş, vətəndaş müharibəsi zamanı bolşeviklərə qarşı mübarizəyə başçılıq etmiş və bolşevikləri məğlub edərək Sovet qoşunlarını ölkədən çıxarmağa nail olmuşdu. Məhz Mannerheymin xidmətləri sayəsində (müəyyən ərazi itkiləri hesabına olsa da) Finlandiya öz müstəqilliyini qorumağa nail olmuş, bu xidmətlərinə görə 1944-cü ildə Finlandiya prezidenti təyin olunmuş, 2004-cü ildə isə bütün zamanların ən böyük finlandiyalı şəxsiyyəti, müasir Finlandiya dövlətinin qurucusu seçilmişdir. İkinci dünya müharibəsinə qatılan bütün Avropa ölkələrindən yalnız Finlandiya işğala məruz qalmamışdır. Maraqlıdır ki, ərazisi böyük olsa da, əsrin əvvəlindəki Finlandiya və Azərbaycanın əhali sayı təxminən eyni olmuşdur.
Bu paraleli təsadüfən gətirmədim. Şəxsiyyət faktorunun, təcrübənin, bilik və bacarığın, qətiyyət və xarizmanın dövlət idarəetməsində nə qədər mühüm faktor olduğuna diqqət çəkmək üçün gətirdim.
Ümummilli Liderimiz Heydər Əliyev də Sovetlər İttifaqının təbəəsi olmuş, bu sistem daxilində oxumuş, çalışmış, təcrübə qazanmış və İttifaqın ən yüksək məqamlarına yüksəlməyə nail olmuş şəxsiyyətlərdən olmuşdur. Bunula belə, hər zaman vətəninin gələcəyini düşünmüş, tarixi gözəl bilən və ondan nəticə çıxarmağı bacaran bir uzaqgörənliklə ölkəsini, xalqını gələcəyə hazırlamağı unutmamışdır. Onun 1969-1982-ci illərdə - Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə vətəni üçün gördüyü misilsiz işlər unudulmayıb. 1990-cı ildə 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qorxmadan, çəkinmədən verdiyi bəyanat, öz xalqının yanında olduğunun əyani nümayişi unudulmayıb. Kiçik vətənin – Naxçıvanın qorunması, krizisdən çıxması naminə atdığı addımlar unudulmayıb. Azərbaycanın Sovetlər Birliyi daxilində qalmasına etiraz xarakterli siyasi qərarları unudulmayıb. Ən nəhayət, ölkəsinin ən ağır vaxtında, vətəndaş müharibəsi astanasında atdığı addımlar, xalqın israrlı tələbi ilə ağır və çətin mirası qəbul edib, demək olar ki, imkansız kimi görünən nəticələr əldə etməsi unudulmayıb. Ölkəni parçalanmadan, iflasdan, iqtisadi və siyasi tənəzzüldən qorumaq naminə atdığı addımlar – işğal altında olan Vətən parçasının azad olunması naminə atdığı addımlar, ordusuz ölkəyə ordu qazandırmaq, milləti vahid milli ideologiya ətrafında birləşdirmək, beynəlxalq miqyasda partnyorlar, tərəfdaşlar qazanmaq, bir ictimai-siyasi formasiyadan digərinə keçidin fəsadlarını aradan qaldırmaq, yeni iqtisadi inkişaf konsepsiyasının əsaslarını təsis etmək, hüquqi, demokratik, sosial və dünyəvi dövlət qurmaq naminə atdığı addımlar unudulmayıb.
Bu gün, Azərbaycan xalqının Ümumilli Liderinin ölkə başçısı – Azərbaycan Prezidenti vəzifəsinə seçilməsinin, Azərbaycan tarixinin yeni mərhələsinin əsasının qoyulduğu günün 29-cu ildönümü tamam olur. Məhz 29 il bundan əqdəm, oktyabrın 3-ü 1993-cü ildə xalqımız gələcək taleyini, müqəddəratını təyin edən seçimi etdi, öz liderinə, onun zəkasına, siyasi iradəsinə, yüksək nüfuzuna və istedadına olan dərin inamını ifadə etdi və yanılmadı. Boş və şirin vədlərə yox, tarixi yaddaşa, bu böyük şəxsiyyətin həyat yoluna, zəngin irsinə etibar etdi və yanılmadı.
Artıq 20 ildir ki, o cismən aramızda yoxdur, amma ruhən bizimlədir. Çünki, əməlləri yaşayır, çünki, qoyub getdiyi irs yaşayır, onun dəhasının, işıqlı ideyalarının, məharətinin və uzaqgörənliyinin nəticələri yaşayır. Bu gün onun qoyub getdiyi fenomen, bizim üçün, gələcək nəsillər üçün böyük siyasi məktəbdir. Çünki o, dövlət müstəqilliyimizin banisidir, milli məfkurəmizin banisidir, xilaskarımızdır. Onun əziz xatirəsi, milli, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının qəlbində əbədi yaşayır və yaşayacaq.