» Səttar Möhbalıyev Şahbuzun Ayrınc kəndində sakinlərlə görüşüb -Fotolar

Səttar Möhbalıyev Şahbuzun Ayrınc kəndində sakinlərlə görüşüb -Fotolar

  • 19-05-2025, 17:49
  • ---
  • 0
  • 44
Səttar Möhbalıyev Şahbuzun Ayrınc kəndində sakinlərlə görüşüb -Fotolar



Milli Məclisin deputatı Səttar Möhbalıyev 19 may 2025-ci il tarixində Şahbuz rayonunun sakinləri ilə görüşlərini davam etdirir. Deputat ilk olaraq rayonda Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

aia.az xəbər verir ki, görüş rayonun Ayrınc kəndində baş tutub.

Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Səttar Möhbalıyev sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətlərin elə yerindəcə həll edib, bəzi məsələlər isə qeydə alınıb, onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldıracağını və təxirəsalınmaz tədbirlərin görüləcəyini bildirib.

Deputat Səttar Möhbalıyev keçirdiyi görüşdə iştirak edən Ayrınc kəndinin sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri ölkəmizin Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Naxçıvanın Şahbuz rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdən sonra Ayrınc kəndindən olan şəhid mayor Orucov Elşən Yavər oğlunun ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.



  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video

    055 215 64 69Girl in a jacket

    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Aprel 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930 
    Qalereya