» Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Sosial Tədqiqatlar Mərkəzi arasında Memorandum imzalanıb -Fotolar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Sosial Tədqiqatlar Mərkəzi arasında Memorandum imzalanıb -Fotolar

  • 16-04-2025, 10:08
  • ---
  • 0
  • 45
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Sosial Tədqiqatlar Mərkəzi arasında Memorandum imzalanıb -Fotolar


Sosial Tədqiqatlar Mərkəzinin nümayəndələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) olublar.

Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şəraiti və cənab Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısını vurğulayıb, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində görülən işlərdən danışıb.

Görüşdə həmkarlar ittifaqları sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər, “AHİK Könüllüləri”, “Layiqli Əmək Səfirləri”, “Həmkardan həmkara qayğı ilə”, "AHİK Plus" layihələri və “Kurort” Turizm İnformasiya Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Sonra AHİK-in fəaliyyəti, eləcə də “Layiqli Əmək Səfirləri”, “Həmkardan həmkara qayğı ilə” layihələrindən bəhs edən videomateriallar nümayiş olunub.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc Konfederasiya tərəfindən həyata keçirilən islahatları və yenilikləri yüksək dəyərləndirib, əmək münasibətlərinin tənzimlənməsi, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında həmkarlar ittifaqlarının rolunu qeyd edib.

Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyəti və hədəfləri barədə danışan Zahid Oruc iki qurum arasında əlaqələrin qurulması və inkişafının əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Sosial Tədqiqatlar Mərkəzi arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Sonra Sosial Tədqiqatlar Mərkəzinin nümayəndələri AHİK-də vətəndaşların qəbulu üçün yaradılmış şəraitlə, “Kurort” Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq edilən yeniliklərlə, eləcə də yeni yaradılmış Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi ilə tanış olublar.



  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video

    055 215 64 69Girl in a jacket

    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Mart 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya